Xamneyi Livan üzrə yeni nümayəndəsini təyin edib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei Livan “Hizbullah”ının lideri Naim Kasemini bu ölkə üzrə nümayəndəsi təyin edib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, Naim Kasemdən əvvəl Xaməneinin Livan üzrə nümayəndəsi Həsən Nəsrullah olub.
O, 2024-cü il sentyabrın 28-də İsrailin Beyruta endirdiyi raket zərbələri nəticəsində ölüb. Onu bu vəzifədə əmisi oğlu Seyid Haşim Səfiuddin əvəzləmişdi. Ancaq o da hücum nəticəsində ölüb. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın “ikinci nömrəsi” hesab olunurdu.
“Cebheinfo.az”
Baxış sayı:107
Bu xəbər 05 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















