Xamneyinin qətli ilə bağlı deyilənlər qəbuledilməzdir Peskov
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bunu Britaniyanın "Sky News" telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, Moskvanın Xameneinin öldürülməsinə reaksiyasının "son dərəcə mənfi" olacağını bildirib. "Biz bunu açıq şəkildə təsdiqləmərik," – deyən Peskov əlavə edib, bu cür hadisənin "Pandoranın qutusunu açacağına" diqqət çəkib.
İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gündən az bir müddət sonra İslam Respublikası cavab zərbəsi endirib. Növbəti günlərdə tərəflər yenidən bir-birlərinə zərbələr endiriblər. Hər iki tərəf hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat verib, bir sıra obyektlərin vurulmasını etiraf edib. Qarşılıqlı zərbələr davam edir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda Ayətullah Əli Xameneinin aradan götürülməsi planları yoxdur, lakin ondan "şərtsiz təslim olmağı" tələb edib və İrandakı liderin asan hədəf olduğunu əlavə edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 İyun 2025 07:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















