Icma.az
close
up
RU
Xan nəslinin uyuduğu İmarət Kompleksi FOTOLAR

Xan nəslinin uyuduğu İmarət Kompleksi FOTOLAR

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağdamın işğaldan azad edilməsindən 4 il ötür. Azad edildikdən sonra torpaqlarımızda aparılan yenidənqurma işləri çərçivəsində tarixi abidələrimiz də bərpa edilir. Həmin abidələrdən biri də İmarət Kompleksidir.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-2024-cü illərdə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Parkda qədim dövrlərdən şöhrəti dünyanı dolaşan Azərbaycanın Qarabağ atlarının hərraclarının keçirilməsi, eyni zamanda, parkda müxtəlif vaxtlarda bu atların iştirakı ilə təlim və şou-proqramların təşkili nəzərdə tutulub.

Ərazisi 3,3 hektar olan kompleks mərasimlərin keçirilməsi üçün nəzərdə tutulmuş tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzindən ibarətdir.

İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur. Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır. Kompleksə gələn qonaqlar, turistlər burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər.

XVIII–XIX əsrlərə aid Pənahəli xanın məqbərəsi burada yerləşən İmarət qəbiristanlığındadır. Türbənin yanında ona oxşar başqa bir türbə isə Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil xana məxsusdur. Pənahəli xanın türbəsinin bir giriş qapısı var, qapı tağvari quruluşa malikdir. Türbə çoxbucaqlı konusvari plan quruluşuna malikdir, içərisində mərhumun qəbri yerləşir. Pənahəli xanın İbrahimxəlil xanın türbələrinin önündə isə Xurşidbanu Natəvanın büstü qoyulub.

Ümumilikdə isə Xanoğlan türbəsində 7 nəfər Xan ailəsinin üzvü basdırılıb. Arxiv matetialına istinad edərək onların adlarını belə sıralaya bilərik:

• 1) İbrahim Xəlil ağa Cavanşir Sarıcalı - Pənahəli xanın atası 1741-1742-ci illərdə vəfat edib

• 2) Mehdiqulu xan Cavanşir 1845-ci ildə vəfat edib.

• 3) Mehdiqulu xanın övladı - 1828-ci ildə vəfat edib

• 4) Abbas bəy Cavanşir

• 5) Xurşidbanu Natəvan - 1897-ci ildə vəfat etmişdir.

• 6) Polkovnik Kərim ağa

• 7) Mehdiqulu xan Vəfa (Usmiyev) (Xanoğlan)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri