Icma.az
close
up
RU
Xan qızı Natəvan Parisdə: Ən qüdrətli ordu bölüyü mədəniyyət “desantı”dır

Xan qızı Natəvan Parisdə: Ən qüdrətli ordu bölüyü mədəniyyət “desantı”dır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği


Azərbaycan mədəniyyəti ilə “paslı qıfıllar” açılır



 “Bilirsiniz ki, Xan qızı həm olduqca istedadlı şair və rəssam olub, həm də çox ədalətli, Vətənini və millətini ürəkdən sevən humanist və xeyirxah bir insan kimi tanınıb”.


 Bu sözləri Sherg.az-a açıqlamasında əslən qarabağlı, yazıçı-publisist Kərim Kərimli Xan qızı Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii musiqili məclisin Parisdə keçirilməsi ilə bağlı məlumatı şərh edərkən söyləyib.

 Xurşidbanu Natəvanın Azərbaycan ədəbiyyatı və tarixindəki önəmli yerə bir neçə kəlmə ilə toxunmazdan öncə, Parisdə keçirilmiş tədbir barədə qısaca məlumat verək. Qeyd edək ki, Parisdə Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-musiqili məclis keçirilib. Ədəbi məclisdə fransız ədəbiyyatı və intellektual dairələrinin nümayəndələri, şair və yazıçılar, habelə jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan səfir Leyla Abdullayeva XIX əsr tanınmış Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvan haqqında danışaraq, dövrünün aparıcı qadın siması olan xan qızının zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafına verdiyi töhfəsi, habelə onun xeyriyyəçilik fəaliyyəti barədə iştirakçılara məlumat verib. Məclisdə fransız nümayəndələri, Marsel Dramatik İncəsənət Konservatoriyası məzunu və klassik vokal sahəsində təhsil almış Alain Tremoliers, “Rives Mediterraneenes” mədəniyyət təşkilatının prezidenti, altı şeir toplusunun müəllifi şairə Fatima Şbiban, habelə ədəbiyyat nəzəriyyəsi üzrə təhsil almış və hazırda Strasburq Universitetinin Yaxın Şərq və Aralıq dənizi ətrafı ölkələri üzrə regionşünaslıq fakültəsinin tələbəsi, ədəbi əsərlərin tərcüməçisi Sitarə Quliyeva Natəvanın bədii yaradıcılığından bəhs edib və şairənin qəzəllərini Azərbaycan və fransız dillərində səsləndiriblər. Qəzəllərin təqdimatı Azərbaycan milli musiqisi və muğamı ilə müşayiət edilib. Musiqi alətlərimiz tar və kamançada Azərbaycan Milli Konservatoriyasının İnstrumental ifaçılıq kafedrasının baş müəllimi, tarzən Elçin Nağıyev və Qarabağ Universitetinin incəsənət fakültəsinin dosenti, Xalq artisti və kamança ustası Elşən Mansurov ifa ediblər. Muğamın ahəngi ilə qəzəllərin poetik dərinliyinin vəhdəti milli mədəniyyətimizin zənginliyini nümayiş etdirməklə yanaşı, dinləyicilərin könlünü oxşayıb. Natəvan poeziya məclisinin iştirakçıları tədbirin sonunda görkəmli şairənin Parisdəki Mədəniyyət Mərkəzinin bağında ucaldılan heykəli önündə xatirə şəkli çəkdiriblər. 

Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii məclisin Avropa mədəniyyətinin paytaxtı hesab olunan Parisdə keçirilməsi Azərbaycanın misilsiz  mədəniyyətinin tanıtımı baxımından önəmlidir.  Xurşidbanu Natəvan Qarabağ xanlarının sonuncusu  Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın isə nəvəsi idi. Xurşidbanu Natəvan 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdu. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdi. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün, onu sarayda "Dürrü yekta" (tək inci), el arasında isə "Xan qızı" çağırırdılar. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dilləri də tədris edildiyindən Xan qızı da bu dilləri öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdi. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olmuş, dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları ilə tanışlıq Xurşidbanunu klassik ədəbiyyata bağlamışdı. Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə və sənətə olan şövq və həvəsi qüvvətləndirmişdi. Natəvanın qəzəlləri, rübailəri  Azərbaycan klassik ədəbiyyatının inciləridir. Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideyalara malik şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu şəxsiyyətin meydana gəlməsinin bir neçə əsas səbəbi vardır. Bunlardan birisi şairənin soy-köküdür. Yəni Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu-Qacarların qanı vardır.  Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınırdı. O, kasıblara əl tutar, ictimai işlərdə fəallıq göstərərdi. Təsadüfi deyil ki, o dövrdə Şuşanın abadlaşması, şəhərə su kəmərinin çəkilməsi məhz Xan qızı Natəvanın adıyla bağlıdır. Ailə  münasibətlərindəki gərginlik, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdu. Ağlamaqdan gözlərinin nurunu itirmiş, bədəni taqətdən düşmüşdü. Xurşidbanu Natəvan 1897-ci il, 2 oktyabrda vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub. Ağdam rayonu işğaldan azad edildikdən sonra, məlum oldu ki, separatçı erməni dəstələri tərəfindən Natəvanın məqbərəsi dağıdılıb, qəbri isə təhqir olunub, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılıb. Bu haqda güneyli soydaşımız, Fransada yaşayan məşhur fotojurnalist Rza Dehqəti məlumat da dərc edib, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təsdiqləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. 


Əslən Qarabağdan olan yazıçı-publisist Kərim Kərimli Sherg.az-a açıqlamasında Fransanın paytaxtında Xurşidbanu Natəvanın yaradıcılığına həsr olunmuş ədəbi-bədii tədbir keçirilməsinin sevindirici hadisə olduğunu dedi: 

seeBaxış sayı:55
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri