Icma.az
close
up
RU
Xan Şuşinskiyə həsr olunmuş tədbir Muğamın Xan zirvəsi

Xan Şuşinskiyə həsr olunmuş tədbir Muğamın Xan zirvəsi

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 20 mart, AZƏRTAC

Azərbaycan Milli Konservatoriyasında “Miras” layihəsi çərçivəsində Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Xan Şuşinskiyə həsr olunmuş “Muğamın Xan zirvəsi” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın adını daşıyan xatirə otağının açılış mərasimi və konsert proqramı təşkil olunub.

Xatirə otağının açılış mərasimində mədəniyyət nazirinin müavini Murad Hüseynov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Xan Şuşinskinin övladı, Xan Şuşinski Fondunun prezidenti Bəyimxanım Verdiyeva, mədəniyyət xadimləri və Konservatoriyanın rəhbərliyi iştirak ediblər.

Açılışda Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə xatirə otağı haqqında məlumat verib. O bildirib ki, burada Xan Şuşinskiyə məxsus afişalar, şəkillər və kitablar sənətkarın yaradıcılıq yolunu əks etdirir.

"Muğam” kafedrasının müdiri, Xalq artisti, professor Mənsum İbrahimov çıxışında Xan Şuşinskinin Şərqin böyük xanəndəsi olduğunu deyib. O qeyd edib ki, sənətkarın şəxsiyyəti, ifası, musiqiyə yanaşması Azərbaycan xanəndələri üçün bir nümunədir.

Xatirə otağının açılışından sonra Fikrət Əmirov adına zalda konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov bu cür tədbirlərin Azərbaycanın musiqi təhsilindəki əhəmiyyətindən bəhs edib.

Xan Şuşinski yadigarı Bəyimxanım Verdiyeva çıxışında Mədəniyyət Nazirliyinə, Azərbaycan Milli Konservatoriyasına təşəkkürünü ifadə edib.

Proqram çərçivəsində Xan Şuşinski yaradıcılığından nümunələr yeni interpretasiyada təqdim olunub, Konservatoriyanın tələbələrindən ibarət vokal ansamblının ifası, xalq musiqisi nümunələri səsləndirilib.

Sonda tanınmış dövlət və siyasi xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənov çıxış edərək Xan Şuşinski yaradıcılığının Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyətini vurğulayıb və layihənin milli-mədəni irsin qorunması baxımından önəmini qeyd edib.

Fotoqraf - İlqar Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Mart 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri