Xandanyan: “Söz oyununa girməyin mənası yoxdur”
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Hesab edirəm ki, söz oyununa girməyin mənası yoxdur. Yeni şərtlər, köhnə şərtlər, onlar mövcuddur və şərtlərdir”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Sarkis Xandanyan belə deyib.
O, Ermənistan konstitusiyanın dəyişdirilməsi və Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın tələblərinə münasibət bildirib:
“Bu məsələlərlə bağlı mövqeyimiz son dərəcə aydındır, sülh sazişi konstitusiya problemini, hətta varsa, tamamilə həll edir. ATƏT-in Minsk qrupuna gəlincə, biz bildirdik ki, ya imzalanma ilə eyni vaxtda, ya da ondan sonra onun ləğvi ilə bağlı müraciət etməyə hazırıq. Ən azı, belə demək mümkünsə, institusional sülh qurulmalı, münaqişənin həlli ilə bağlı mexanizmlərdən imtina etməyə imkan verəcək bir növ sülh sənədi olmalıdır”.
Deputat qeyd edib ki, yeni konstitusiya “real Ermənistan” haqqında olmalıdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 02 Aprel 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















