Icma.az
close
up
RU
Xanım sərnişinə əxlaqsız təkliflər edən Bolt sürücüsü HƏBS EDİLDİ

Xanım sərnişinə əxlaqsız təkliflər edən Bolt sürücüsü HƏBS EDİLDİ

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bakıda xanım sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.

Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə müraciət edən şikayətçi “Bolt” tətbiqi vasitəsilə çağırdığı taksi sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.

Şikayətlə bağlı araşdırmalar aparılıb və YB dövlət qeydiyyat seriyalı avtomobilin 1976-cı il təvəllüdlü sürücüsü A.Məhərrəmov (şərti) saxlanılıb. Onun barəsində inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə təqsirləndirilən şəxs sərnişinlə yolda söhbət etdiyini, ona spirtsiz içki təklif etdiyini, lakin əxlaqsız təkliflər etmədiyini deyib:

“Şirkətə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul oluram. Hadisə günü saat 14 radələrində “Port Baku” istiqamətindən Vaqif prospekti istiqamətinə sifariş qəbul etdim. Xanım sərnişin arxa oturacaqda əyləşdi. Ondan hara gedəcəyini soruşdum, rus dilində gedəcəyi ünvanı dedi, daha sonra adını soruşdum, adının Yana olduğunu bildirdi. Ona rus dilində nə gözəl adı olduğunu dedim. Daha sonra həmin xanım su istədiyini bildirərək marketdə saxlamağı xahiş etdi.

Avtomobildə olan “Bizon” adlı spirtsiz içkini təklif etsəm də, xanım adi su istədiyini bildirdi. Yaxınlıqdakı marketdə avtomobili saxladım, özü düşərək su alıb qayıtdı. Sifariş verilmiş ünvana çatdıqda xanım borcunun nə qədər olduğunu soruşdu, ona ödənişin kartla olduğunu bildirdim. Lakin hər hansı bir əxlaqsız təklif etməmişəm. Polisə dəvət olunarkən çox əsəbi olduğum üçün səs tonumu yüksəltmişəm, əlavə ifadələrdən istifadə etmişəm. Buna görə polis əməkdaşlarından üzr istəyirəm”.

Şikayətçi tərəf məhkəməyə gəlmədiyindən onun ərizəsi araşdırılıb.

Məhkəmə 49 yaşlı sürücünün 15 sutkalıq inzibati həbs edilməsinə qərar verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2066

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see246

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see218

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see163

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see161

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see136

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri