Icma.az
close
up
RU
Xanım sürücülərin maşınlarında buxarlanmalar buna görə imiş Maşın ustası DANIŞDI

Xanım sürücülərin maşınlarında buxarlanmalar buna görə imiş Maşın ustası DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yağışlı havalarda sürücülərin avtomobildə qarşılaşdığı əsas problemlərdən biri də şüşələrin buxarlanmasıdır.

Bunun səbəbi nədir və həll yolları hansılardır?

Redaktor.az-a danışan maşın ustası Sahil Ağabəyli qeyd etdi ki, avtomobilin içərisinin buxarlanması adətən iki halda baş verə bilər:

"Çöldən içəri girən resirkulyasiya sensoru var. Resirkulyasiya sensoru çölün havasını kəsərsə, avtomobilin içərisindən hava dövr edərsə, bu anda buxarlanmalar baş verir. Adətən soyuq havalarda və yağışlı havalarda çölün havası soyuq olduğuna, avtomobilin içərisi isə isti olduğuna görə şüşələrdə buxarlanmalar yaranır. Yağışlı havalarda mütləq həmin resirkulyasiya düyməsi aktiv olmalıdır".

Fotoda göstərilən resirkulyasiya düyməsidir.

Usta resirkulyasiya düyməsinin nə vaxt deaktiv olmalı olduğundan da danışdı:

"Hər hansısa iyli məntəqədən keçirsinizsə, çöldə hər hansı bir pis qoxular varsa, həmin vaxt resirkulyasiya düyməsini vurursunuz. Belə olduqda avtomobilin içərisinə çöldə olan heç bir qoxu, iy daxil olmur.

Avtomobilin içərisində sobanın radiatoru yerləşir. Onun hər hansı bir maye sızıntısı, su sızıntısı olarsa, avtomobilin içərisində buxarlanmalar yaranır. Antifrizin - donmaya qarşı mayenin - avtomobilin içərisinə sızması və pər vasitəsilə içəri yayılması nəticəsində də belə buxarlanmalar baş verir. Bu, bronxlara - sürücünün və sərnişinlərin tənəffüs yollarına - həddən artıq zərərdir. Ona görə həmin radiatorun tez bir zamanda aradan qaldırılması mütləqdir".

S.Ağabəylinin sözlərinə görə, adətən xanım sürücülərin maşınlarında tez buxarlanmalar baş verir:

"Səbəb nədir? Çünki həddən artıq makiyaj, spirtli ətirlər istifadə olunduğuna görə avtomobilin içərisində buxarlanma yaranır. Hər hansı içkili adam avtomobilin içərisində olarsa, onun nəfəsindən içkinin - spirtin buxarlanması nəticəsində də avtomobilin içində buxarlar əmələ gəlir.

Avtomobili idarə edərkən buxarlanmanı aradan qaldırmaq mütləqdir. Şüşəni bir qədər aşağı endirmək və ya alın şüşəsinə sobanın küləyini daha güclü vermək lazımdır ki, buxar çəkilsin. Əks halda sürücünün görüntü məsafəsi məhdudlaşar və bu da qəzalara səbəb ola bilər".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri