Xanım titulu belə yaranıb Çingiz xana gedib çıxan maraqlı tarixçə
Icma.az, Olke.az saytına istinadən bildirir.
“Xanım” titulu ilk dəfə Çingiz xan tərəfindən sevdiyi və ilk həyat yoldaşı Börtə ilə bağlı olduğunu iddia edirlər.
Ölkə.Az xəbər verir ki, bu barədə tarix üzrə araşdırmaçı, dosent Zaur Əliyev qeyd edib. Onun sözlərinə görə, əslində “xanım-xatun” titulu onun digər həyat yoldaşı Xulan ilə bağlı olub.
“1184-cü ildə MOnqol xanı Çingiz xanın ailəsinin düşməni olan merkitlər onun gənc xanımı Börtəni, o hələ yeni evləndiyi bir vaxtda qaçırmışdılar. Merkitlər tərəfindən bu, sadəcə gecikmiş bir qisas idi. Çünki vaxtilə Temuçinin atası Yesugey də eyni addımı atmışdı – o, Çingiz xanın anası Olunu öz nişanlısı, tanınmış merkit döyüşçüsü Çiledunun yanına gedərkən yoldaca qaçırmışdı.
Çingiz xan dostu, qan qardaşı Camuxa ilə birləşib sevdiyi qadını xilas edir, lakin o gündən merkitlər ilə daimi düşmənçilik edir.
Qarşı tərəf bu düşmənçiliyə son vermək üçün 1204-cü Merkit qəbilə birliyinin liderlərindən biri olan Dayr-Usun Xulan adlı qızını Çingiz xana ərə verir.
"O, bizim düşmənimizdir", - deyə Xulan qorxurdu ki, Çingiz xan Börtənin intiqamı olaraq ona əzab və işgəncə verəcəklər və əsla xanın hərəmində söz sahibi ola bilməyəcək.
Xulanın qorxularına baxmayaraq, Çingiz ona qarşı mehriban idi və o, Çingiz xanın arvadları arasında həmişə hərbi yürüşlərdə onu müşayiət edən yeganə qadın idi. Çingiz xanın sevgisini o qədər qazanmışdı ki, qısa zaman sonra Xulan, Xanım sevimli Börtəsindən sonra ikinci güc sahibinə çevrildi.
Bir gün Çingiz xan bütün ona tabe olan tayfaları və ailələri dəvət edir. Qurultay zamanı çadıra Xulan ilə daxil olan Çingiz xan sağında onu əyləşdirir və elan edir:
"Mən xanlar xanı Çingiz Xan, hamınızın xanıyam" deyir və sonra arvadını göstərərək "Bu da mənim xanımdır" deyir.
Rəvayətə görə də, “xanım” sözü də məhz buradan gəlib. Bu hadisədən sonra Börtə ilə Xulana şəxsi hərbi dəstə saxlamaq imkanları verilir.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 20 Aprel 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















