Icma.az
close
up
RU
Xanımı Polad Həşimovun qara xəbərini necə almışdı...

Xanımı Polad Həşimovun qara xəbərini necə almışdı...

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Əslində illər heç nəyi unutdurmur. Əksinə, hər şeyi dönə-dönə, təkrar yaşadır. Çoxu düşünə bilər ki, uzun müddət keçib, zamanla hər şey yoluna düşüb. Uşaqlar böyüyüb, mən öz işimə başlamışam, gündəlik həyatımızı davam etdiririk, yaşayırıq. Elə deyil... ...O itkinin yeri getdikcə daha çox bilinir, o yara sağalmır. Getdikcə ağrılar-acılar bir az da artır. Çünki ona duyduğumuz ehtiyaclar çoxalır. Mən həyat yoldaşı, bir qadın kimi ona ehtiyacı hər gün bir az da çox hiss edirəm. Bir ailə başçısı kimi onu həmişə yanımda istəyirəm. Polad Həşimov çox gözəl ailə başçısı, həyat yoldaşı, ata idi.”.
Bu fikirləri Modern.az saytına müsahibəsində Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova bildirib.
Qeyd edək ki, bu gün Polad Həşimov və silahdaşlarının şəhid olduğu Tovuz döyüşlərinin 5 ili tamam olur.

Ofelya Salmanovanın sözlərinə görə, Tovuz döyüşlərinin baş gerdiyi yüksəklik Polad Həşimovun bu dünya ilə son nöqtəsidir.

Bəs Ofelya Salmanova Polad Həşimovun qara xəbərini necə, nə vaxt almışdı?
"Pandemiya dövrü idi. Çox pis xəstələndim. Soyuqlamışdım, öskürürdüm. Polad bizi özü Qəbələyə aparmalı idi. Cəbhə bölgəsində durum çox qarışıq idi. Vəziyyət daha da gərginləşmişdi. O, bizi Qəbələyə göndərəndə: "Siz gedin, mən də gələcəyəm", - dedi".

2020-ci il iyunun 14-nə açılan səhər Ofelya Salmanova sübh namazını qılandan sonra yenidən yuxuya gedib... Yuxuda dəhşət içində "Polad!" deyib qışqıranda öz səsinə oyanıb... 

Çox keçməyib ki, qohumları onlara gəlməyə başlayıblar.
"Mən hələ sağalmamışdım. Fikirləşdim yəqin mənim hal-əhvalımı soruşmağa gəlirlər. Saat 8-də gəlmələrinə təəccüblənmişdim. Gələn qohumlar danışırdılar ki "cəbhə bölgəsində vəziyyət bir az qarışıb. Sosial şəbəkədə xəbər yayılıb ki, Polad yaralanıb". Biz inanmadıq. Başladıq onlara təsəlli verməyə ki, narahat olmayın, Aprel döyüşlərində də elə xəbər yayılmışdı. Düşünürdüm, Polada heç nə olmaz. Amma yenə saytlara baxır, xəbərləri oxuyurdum. Donub qalmışdıq... Pəncərədən boylandım, həyətdə orda-burda adamlar dayanmışdılar. Demə, bizdən başqa hamı bilirmiş... Böyük həyət qapısını açdılar. Küçədə nə qədər adam vardı... Mən onda başa düşdüm... 

Poladın xətrini çox istədiyi əmisi "qızım" deyib gələndə... Dedim: "Yaxına gəlməyin". Bildim nə baş verib artıq... Poladı mən yuxuda adını çağırıb qışqırdığım an vurmuşdular. Böyük oğlum isə həmin dəqiqələrdə yuxusunda atasının vurulduğunu görmüşdü".

Ofelya Salmanovanın sözlərinə görə, Polad Həşimovun şəhid olduğu posta bir ildən sonra gediblər.
“Qohumlarımız məni qoymurdular ki, ora təhlükəlidir. Həm də vəziyyətimin daha da pisləşəcəyini düşünürdülər. Özüm də fikirləşirdim, getsəm, dayana bilmərəm. Qızım atasının yoxluğunu qəbul etmək istəmirdi. O getmədi. Oğlanlarım getdilər... Elə bilirdim ürəyim tab gətirməz. Amma getdim, tamam başqa insan oldum. Əlbəttə, çox ağırdır. Baxırsınız, orda bir nöqtə var, Polad Həşimovun qanı tökülüb. Ancaq vətən sevgisi necə bir duyğu imiş, bunu orada daha yaxşı anladım. On yeddi il tanıdığım Polad, əslində, o zirvədəki Polad imiş. Çox qəribədir... Poladı gördüm o zirvədə. Varlığını hiss etdim, onunla görüşdüm. Şəhid həyat yoldaşları bu hissləri yaşayıblar. Danışırlar ki, elə bir məqam olur, şəhidinlə görüşürsən, ürəyin rahatlıq tapır. Mən də hiss etdim ki, Polad həmin an ordadır. Qəlbimə çökmüş bir illik ağrı, acı yox oldu. Uşaqlar da özlərini itirmədilər. Ancaq bilirəm, onların da qəlbində tufan qopdu.

Fikirləşirdim ki, həyat yoldaşım iyirmi beş il o təhlükənin içində olub. Ömrünün ən qaynar illəri bu yerlərdə şaxtada üşüyə-üşüyə, dona-dona keçib. Mən orda tək həyat yoldaşımın deyil, digər zabitlərin də vətən üçün necə əzab-əziyyətə qatlaşdıqlarını anladım. Və nə yaxşı ki getdim. Ora bir qəhrəmanlıq zirvəsidir…
Biz o yüksəkliyə qalxdıq, bir damla göz yaşı axıtmadım. Tam əksinə oldu hər şey, sanki möhkəmləndim, bəlkə orada Polad Həşimovu hiss etdim. İçimdə düşmənə qarşı çox böyük hiddət yarandı. Çünki mənim həyat yoldaşım o nöqtədə məndən alınıb. Amma bir məğrurluq gəldi içimə. Orada sınmadım, əyilmədim. Qürur hissi bütün hissləri üstələdi. Qarşı tərəfə nifrət hissi ilə baxdım. Düşündüm, Polad Həşimov gör harada Şəhid olub, ən yüksək zirvədə. Ürəyimdən keçdi ki, kaş gəlcəkdə ora əbədiləşdirilsin", - Ofelya Salmanova bildirib.
Şəhid xanımının ən böyük arzusu Polad Həşimovun Xatirə muzeyinin yaradılmasıdır: “Polad Həşimov 100 ildən bir Azərbaycan xalqına göndərilmiş qəhrəmanlardandır. Cənab Prezidentimiz də vurğuladı ki, o, bizim qalibiyyətimizin mərkəzində dayanır. Bunu xalq da bilir. Mən düşünürəm ki, onu gələcək nəsillərə doğru şəkildə ötürmək lazımdır. Bunu etməyin ən yaxşı yollarından biri onun Xatirə muzeyinin yaradılmasıdır”. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 İyul 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see279

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see270

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see262

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see259

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see249

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see249

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see244

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see237

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see236

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see228

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see228

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see225

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see210

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see208

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see201

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see198

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see196

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see190

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see184

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri