Icma.az
close
up
RU
Xanımı qardaşımın vəfatını gizlədib, bizdən xəbərsiz dəfn edib

Xanımı qardaşımın vəfatını gizlədib, bizdən xəbərsiz dəfn edib

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalq artisti Naibə Allahverdiyeva "Bir gün" verilişində qardaşı Arifin vəfatından danışıb.

Axşam.az xəbər verir ki, aktrisa bildirib ki, qardaşının xanımı bu barədə onlara məlumat verməyib.

"Çox ağırdır. Üstəlik bilmədiyim bir anda bunu mənə xəbər verdilər. Heç bir qohumumun bundan məlumatı yox idi. O, rus xanımla evlənmişdi. 20 yaşı olandan Rusiyada yaşayırdı. Əlaqələrimiz var idi, zəngləşirdik. O xanım bizə qarşı bir az qısqanc idi. Həmişə düşünürdü ki, biz qardaşımı Azərbaycana qaytara bilərik, burada bir xanılmla evləndirərik. Hətta qardaşım bizi qucaqlayıb öpəndə xanımı gedib otaqda ağlayırdı ki, onları məndən daha çox istəyirsən. Həyatdır, ağır zərbə oldu. Yasında iştirak edə bilmədim, çünki xəbərim yox idi. Televiziyada olanda qardaşımın Rusiyada yaşayan dostu məlumat göndərdi. Sözün düzü inanmadım. Mənim başqa qardaşım da Rusiyada yaşayır. O da xəstədir. Allah ona can sağlığı versin. Şoka düşdüm. Maşında yarım saat oturub qışqırdım. Qəbul edə bilmirdim. Fikirləşirdim ki, o xəstə olanda yoldaşı mənə niyə deməyib. Elə xəbərsiz dəfn edib. Son iki-üç gündür mənə zəng vurur, telefonlarını açmıram. Gözləyirəm ki, özüm Rusiyaya gedim. Dostu dedi ki, qardaşımı müsəlman qaydalarına uyğun dəfn etdik. Qəbir üstünə getməliyəm. Xanımı bizə xəbər verməmişdi ki, onu orada dəfn etsin. Düşünüb ki, gətirib burada dəfn edəcəklər. Dostu bizə zəng vurmalı olduğunu deyəndə, söyləyib ki, "lazım deyil, heç kimə deməyin". Həmin dostu məni canlı yayımda görüb düşünüb ki, demək lazımdır. Mən zəng vuranda deyirdi, ya Arif xəstədir, ya yoxdur, ya da işdədir. Hər şeyi başa düşürəm.

Üç gün telefonu söndürdüm, ancaq ağladım. Heç kimlə danışmaq istəmirdim. Şoka düşəndə sonub qalıram. Elə dəhşətli ağlamaq idi ki... Çox ağır dərdir. Bunu heç kimə yaşatmaq olmaz. Nə qədər ürəyi daş olasan ki, sənin qardaşın ölə, bunu gizlədəsən, qoymayasan ki, zəng edib xəbər verələr. Qardaşımın biri Tbilisdə, bacım Türkiyədədir. Onlar da, qohumlarımız da televizyadan bunu öyrəndik ki, qardaşım rəhmətə gedib. Xanımı heç kimə bunu bildirməmişdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://axsam.az
archiveBu xəbər 26 Aprel 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see348

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see288

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see235

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see196

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see180

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see178

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see174

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see157

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see157

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see148

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see147

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see140

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see137

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri