Xanımının ona xəyanət etdiyini açıqladı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2003-cü ildə “Sihirli annem” serial "Yavuz"u canlandıran aparıcı-aktyor Jess Molho boşanır.
Ölkə.az axşam.az-a istinadən xəbər verir ki, tez-tez haqlarında ayrılıq xəbərləri çıxan aktyor və 22 illik həyat yoldaşı Zeynep Molho boşanmaq üçün məhkəməyə müraciət edib.
Zeynep İstanbul Ailə Məhkəməsinə müraciət edərək, Jess Molho tərəfindən fiziki, psixoloji və iqtisadi zorakılığa məruz qaldığını iddia edib və ondan 40 milyon lirə təzminat istəyir.
Övladlarının qəyyumluğunu da tələb edən Zeynep ərizəsində ümumilikdə 700 min lirə aliment ödənilməsini qeyd edib.
Onun iddialarını yalanlayan Cess isə həyat yoldaşının ona idman məşqçisi ilə xəyanət etdiyini, spirtli içkilərə aludə olduğunu və əsəb problemi yaşadığını bildirib. Aktyor xanımından 30 milyon lirə təzminat tələb edib. Jessin iddiaları arasında xanımının uşaqlarına baxmadığını və onları evdə tək qoyduğu da yer alıb. Jess də uşaqlarının qəyyumluğunu tələb edib və ayda ona 100 min lirə aliment verilməsini istəyib.
Qeyd edək ki, Jess və Zeynepin iki övladı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 06 Noyabr 2024 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















