Icma.az
close
up
RU
Xankəndi bizim idi, indi yenə bizimdir!

Xankəndi bizim idi, indi yenə bizimdir!

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu xoşbəxtlik çoxillik nisgilimizə məlhəm oldu

İşğaldan azad olunmuş torpaqlarımıza qovuşmaq, burada yaşamaq, işləmək elə böyük xoşbəxtlikdir ki, bəzən bu duyğuları ifadə etməkdə sözlər aciz qalır. Çünki biz Qarabağın, Şərqi Zəngəzurun həsrətini illər boyu kor düyün edib ürəyimizə yükləmişdik, Vətən deyəndə dodaqlarımız yeddi yerdən çatlayırdı. Laçınlı şair İlham Qəhrəmanın təbirincə desək, uzun illər hər birimiz doğma yurd dərdini ürəyimizə yükləmişik, həsrət ruhumuzun ali qidası olub.

Başımı götürüb çıxacam evdən,
O əsir dağları deyib gedəcəm.
Yoluma yeməyə çörək qoymayın,
Yolboyu həsrəti yeyib gedəcəm.

Çox şükür, daha dağlarımız əsir deyil, daşı-qayası vüsal dəmini yaşayır. Bir vaxtlar düşmən tapdağı altında inləyən torpaqlarımız azadlığına qovuşub, bizsə əzəli sakinlərinin dönüşü ilə həyatın yenidən canlandığı kəndlərimizə, şəhərlərimizə. Sürətlə abadlaşan, inkişaf edən gözəl Xankəndidə də indi əsl sahibləri işıqlı sabahın təməllərini atır, xəyallar gerçəkliyə, sonsuz arzular reallığa çevrilir.

...Azad Xankəndidə qonağı olduğumuz Vəliyevlər ailəsi burada açılan hər səhər ömür kitablarına yazılan xoş tale yazısı kimi sevinclə qarşılayır, hər anı Tanrının mükafatı kimi dəyərləndirirlər. Elman müəllim həyat yoldaşı Aygün xanımla birlikdə tezdən oyanıb həvəslə, qürurla iş yerlərinə – Qarabağ Universitetinə yollanırlar. Evin sonbeşiyi Mirağa isə vaxtilə atasının təhsil aldığı Xankəndi şəhər 4 nömrəli tam orta məktəbə tələsir.

Uşaqlığının, yeniyetməliyinin acılı-şirinli xatirələri Xankəndi ilə bağlı olan Elman Vəliyev bildirdi ki, illərin həsrətindən sonra doğma yurdda yaşamaq ona şirin yuxu kimi gəlir:

– Hərdən qorxuram. Elə bilirəm birdən kimsə məni oyadar ki, yuxudaydın. Mən 3 yaşımdan bu şəhərdə böyümüşəm. Küçələrini qarış-qarış tanıyıram. Şəhərin “kərpiçni” deyilən məhəlləsində böyük həyət evimiz vardı. Ən gözəl günlərim burada keçib. 6 yaşımdan futbol məktəbinə getmişəm. O vaxt Xankəndinin “Qarabağ” adlı futbol komandası vardı, həmin komandanın əvəzedici heyətində oynamışam. Təhsil aldığım orta məktəblə bağlı elə şirin xatirələrim var ki...

...Ötən əsrin 90-cı illərində Qarabağda erməni separatizmi baş qaldıran zaman xankəndililər düşmənin məkrli planlarının ilk qurbanlarına çevrildilər. Şəhərdə yaşayan bütün azərbaycanlılar qısa vaxtda zorla ev-eşiklərdən qovuldular. Elmangilin ailəsi də 1988-ci ilin 18 sentyabrında min bir əziyyətlə tikdikləri evlərini tərk edərək Şuşaya pənah aparıb. Ancaq onları qarşıda daha böyük müsibətlər gözləyirmiş. Bir qardaşı Rizvan 1992-ci ildə Şuşanın müdafiəsi zamanı şəhid olub, digər qardaşı Zakir Xocalının dəhşətlərini yaşayıb: soyqırımı gecəsi yaralanaraq əsir düşüb, həyat yoldaşı, oğlu və qızını isə erməni cəlladları qətlə yetiriblər. Zakiri sonralar əsirlikdən xilas etmək mümkün olsa da, üzləşdiyi işgəncələrin acı nəticəsi özünü çox gözlətməyib. Ailənin digər oğlu, Birinci Qarabağ müharibəsinin iştirakçısı Bəkir Vəliyev isə 2001-ci ildə polis zabiti kimi cinayətkar qrupun zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak olub, bir il sonra ümummilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib. Elman müəllimin valideynləri Vətən həsrətinə, övlad dərdlərinə dözməyərək müvəqqəti məskunlaşdıqları Göyçay rayonunda dünyalarını dəyişiblər...

Yaşadıqları acılardan tez-tez kövrələrək bəhs edən Elman Vəliyev indi doğma şəhərində yaşamağın bütün dərdlərinə məlhəm olduğunu dedi:

– Göyçayda uzun müddət təhsil sahəsində çalışmışam. Bizə bu xoşbəxt anları bəxş edən, torpaqlarımızı işğaldan azad edən möhtərəm Prezidentimiz İlham Əliyevin müvafiq sərəncamı ilə Qarabağ Universiteti yarananda burada işləmək üçün ilk müraciət edənlərdən biri də mən oldum. Universitetin rektoru Şahin Bayramova çox minnətdaram. Müraciətimizə həssas yanaşdı, məni və həyat yoldaşımı həm işlə, həm də öz evimiz hazır olana kimi normal şəraiti olan müvəqqəti mənzillə təmin etdi. Kollektivimiz bir ailə kimidir. Burada çalışmaq hamı üçün qürurvericidir.

Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Dövlətimiz həm bir vaxtlar “torpaqlarımız işğaldan azad olunsun, gedib çadır qurub yaşayaram” deyən insanları mərhələli şəkildə öz doğma ata-baba yurdlarına qaytarır, həm də onların burada rahat yaşamaları üçün hər cür şərait yaradır. Ona görə də xankəndili bir ziyalı kimi, qayıdış sevinci yaşamış bəzi şəxslərin müxtəlif sosial şəbəkələrdə paylaşımlar edən zaman daha diqqətli olmalarını, bizi təkcə dostların deyil, düşmənlərin də izlədiyini nəzərə almalarını tövsiyə edərdim...

Aygün Vəliyeva da duyğularını bizimlə bölüşərək bildirdi ki, Xankəndinin sanki sehrli bir cazibəsi var, insanı özünə çəkir:

– İlk gəlişimizdə yolboyu neçə dəfə kövrəldik, Xocalıdan keçəndə isə hamımız ağladıq. İndi bu şəhərə necə bağlanmışıqsa hara getsək, bura üçün darıxırıq. Allah şəhidlərimizə rəhmət eləsin! Allah Prezidentimizi qorusun! Fəxr edirik ki, övladımız atasının oxuduğu məktəbdə təhsil alır, azad Vətənin qayğısız vətəndaşı kimi böyüyür. Mirağa 11-ci sinifdə oxuyur. Arzusu ali məktəbə daxil olmaq, gələcəkdə isə işğaldan azad edilmiş torpaqlarımızın yenidən qurulmasında, cənnətə çevrilməsində iştirak etməkdir.

Söhbətimizin sonunda Elman müəllim Xankəndiyə ilk gəlişi zamanı gözləmədiyi halda bir uşaqlıq xatirəsi ilə qarşılaşdığı haqqında danışdı:

– Evimizə baş çəkdim, təsirlənmiş halda həyəti gəzəndə hasardan asılmış məftil arabanı gördüm. Bu, mənim uşaq vaxtı oynadığım, “maşınımdır” deyə, “siqnal verə-verə” sürdüyüm, alüminium məftildən düzəldilmiş araba idi. Əvvəl gözlərimə inanmadım. Necə olubsa, dəyib-toxunmayıblar. Təsəvvür edin ki, hansı hissləri keçirdim. Bir anda uşaqlığıma döndüm sanki!

Xoş sabaha sürətlə addımlayan, inkişafı, dirçəlişi dünyanı heyrətləndirən Qarabağımızda doğma yurduna dönmüş daha bir ailənin qaranlıqdan işığa uzanan tale yoluna nəzər saldıq, sevincinə şərik olduq. Bir daha əmin olduq ki, zaman keçsə də, nə möhtəşəm qələbələrimizin ürəyimizi dağa döndərən qüruru azalan deyil, nə də xalqımızın Vətən sevgisi tükənəcək. Vətənimizi qalib, qüdrətli edən də məhz bu sevgidir.

Xankəndinin doğmalarını ağuşuna almış küçələrini ürəkdolusu öyünclə gəzdikcə, qənaətimiz xoşbəxtlik düsturu kimi səslənir: Xankəndi bizim idi, indi yenə bizimdir! Bu dəfə onu bizdən heç kəs ala bilməz.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri