Icma.az
close
up
RU
Xankəndi bu gün diplomatik mərkəz kimi dünyanın diqqətindədir

Xankəndi bu gün diplomatik mərkəz kimi dünyanın diqqətindədir

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

“Dünyanın diqqəti Qarabağdadır. Növbəti mühüm tədbirə ev sahibliyi edən azad Qarabağımız son beş ildə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərini  beynəlxalq ictimaiyyətə təqdim edir. Artıq bu gün paytaxt Bakı ilə yanaşı, azad edilmiş ərazilərimizin də beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunması harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını qürurlandırır. Azad Qarabağımız və Şərqi Zəngəzurumuz xoşbəxt günlərini yaşayır. Tarixinin yeni səhifəsini yazan Xankəndi ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarını qəbul edir. Qonaqları bu məkanda qarşılamaq, onlara bu torpaqlarımızın malik olduqları imkanları, tarixi Zəfərimizdən və suverenliyimizin bərpasından sonra görülən işləri təqdim etmək qürurvericidir. Dövlət başçısı İlham Əliyevin iyulun 3-də Qarabağa səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu  sosial obyektlərin say tərkibinə diqqət yetirdikdə ötən bu dövr ərzində həyata keçirilən bərpa-quruculuq tədbirlərinin miqyası  barədə daha aydın təsəvvür yaranır. Cənab İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılış mərasimində iştirak etdi. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoydu, Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu, Xankəndi Biznes Mərkəzinin və Xankəndi Konqres Mərkəzinin açılışında iştirak etdi, Xankəndi-Şuşa kanat yolunun inşası üçün seçilmiş əraziyə baxdı. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Xankəndi şəhərindəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular. Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə ölkəmizdə yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə dövlət səfərinə  diqqəti yönəldərək qeyd edib ki, ümumilikdə türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: “Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Bunu türk dövlətlərinin liderlərinin qarşılıqlı səfərləri, beynəlxalq tədbirlərdə mütəmadi görüşləri də təsdiqləyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini, sürətləndiyini deməyə imkan verir. Bu səfər  iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yaradır. Hər iki ölkəni tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Hazırda azad Qarabağda aparılan bərpa-quruculuq işləri bu dostluğun təqdimatında öz sözünü deyir.  Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb  Azərbaycan və Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir”.

Malik Həsənov onu da əlavə edib ki, Xankəndi Zirvə görüşü çərçivəsində atılan addımlar türk birliyinin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır: “Belə ki, dövlət başçısı İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Prezidentlər yeni mənzillərə köçən sakinlərlə görüşdülər. Cənab İlham Əliyev Qarabağın bərpasında və dirçəlişində göstərdiyi köməyə görə Qırğızıstan Prezidentinə minnətdarlığını bildirdi. Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü ilə Xıdırlı kəndində məktəb tikildi. Cənab İlham Əliyev sakinlərlə görüşdə bu məqamı xüsusi qeyd etdi ki, uğurla reallaşdırdığımız Böyük Qayıdış Proqramını həyata keçirməli olduğumuz bir vaxtda qardaş ölkələrin köməyi xüsusilə dəyərlidir. Bu, qırğız xalqının qəlbindən, ürəyindən gələn köməkdir. Bu, bir daha ölkələrimizin qardaşlığından, bizim tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızdan xəbər verir. Bu təməl üzərində bu gün biz Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binasını tikmişik. Prezident Sadır Japarov bildirdi ki, Xıdırlı kəndində açılışını etdiyimiz  Manas adına orta məktəb mənəvi əlaqələrimizi daha da möhkəmləndirəcək. Bizim ümumi dəyərlərimiz var və onları gələcək nəsillərə ötürməyə borcluyuq. Bişkekdəki Heydər Əliyev adına məktəb və Xıdırlı kəndindəki Manas adına bu məktəb xalqlarımızın dostluğunun rəmzidir. Onu da qeyd edək ki, Azərbaycan  Prezidenti İlham Əliyev, Özbəkistan  Prezidenti Şavkat Mirziyoyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Şahbulaq qalasında oldular. Atılan hər bir addım türk dünyasının  həmrəyliyinin önəmini  nümayiş etdirir”.

Deputat Xankəndinin ev sahibliyi etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən bəhs edərək  bildirib ki, Azərbaycan bu təşkilatın fəal üzvüdür: “ECO-nun 17-ci Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qurum çərçivəsində artan rolunun və fəallığının təsdiqidir. Zirvə görüşünün Qarabağın mərkəzi Xankəndidə keçirilməsi buranın beynəlxalq diplomatik mərkəzə çevrilməsindən xəbər verir və bölgənin inkişafına beynəlxalq diqqəti cəlb edir. Cənubi və Mərkəzi Asiyadan tutmuş Orta Şərqə qədər geniş bir coğrafiyanı əhatə edən və 10 dövləti bir araya gətirən İqtisadi Əməkdaşlıq Təşkilatı  bu gün regionda iqtisadi inteqrasiya, strateji əməkdaşlıq və davamlı inkişaf üçün önəmli platforma rolunu oynayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 İyul 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri