“Xankəndi Hekayəsi” unudulmayan yaddaşın ekrana daşınması
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
14.08.2025– ci il tarixində “Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi” tərəfindən ərsəyə gətirilən “Xankəndi Hekayəsi” sənədli filmi ictimaiyyətə təqdim olunur.
"Cebheinfo.az" xəbər verir ki, film Qarabağın qədim şəhəri Xankəndinin tarixi, mədəni irsi və məcburi köçkünlərin yaddaşında yaşayan doğma yurd həsrətini əks etdirir. Tədbirdə dövlət qurumlarının, media nümayəndələrinin, eləcə də Xankəndidən olan sakinlərin iştirakı gözlənilir. “Xankəndi Hekayəsi” filmi real şahidlərin dilindən, arxiv kadrlar və unikal foto-video materiallar əsasında hazırlanıb. Məqsəd, yalnız itirilmiş yurdun xatirəsini yaşatmaq deyil, həm də Qarabağın bərpası və gələcək nəsillərə ötürüləcək həqiqətlərin sənədli salnaməsini yaratmaqdır.
Filmin təqdimatı həm də Xankəndi sakinlərinin öz yurdlarına qayıdış ümidini, azərbaycanlıların birlik və həmrəyliyini dünyaya çatdırmaq məqsədi daşıyır. Tədbirə media nümayəndələri və ictimaiyyət dəvətlidir.
Təqdimat mərasimi 14 avqust ,saat 14.00 -da World Business Center-də (2-ci mərtəbə, kiçik zal) Səməd Vurgun 83 ünvanında keçiriləcəkdir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 12 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















