Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Xankəndi Kommunikesi Azərbaycanın regional diplomatiyasında yeni mərhələ

Xankəndi Kommunikesi Azərbaycanın regional diplomatiyasında yeni mərhələ

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

3–4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşü məkan, zaman və məzmun baxımından çoxqatlı simvolizm daşıyır. Görüş beynəlxalq münasibətlərdə yaranan yeni nizamın, transformasiyaya uğrayan regional güc balanslarının və Azərbaycanın bu sistemdə artan rolunun təzahürü kimi yadda qaldı. Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş “Davamlı və İqlimə dayanıqlı gələcək naminə İƏT-in yeni baxışı” mövzusu Zirvə görüşünün ideoloji-siyasi əsasını təşkil etməklə yanaşı, təşkilatın fəaliyyət spektrinə strateji baxışın daxil edilməsinə zəmin yaratdı.

Zirvə görüşünə qədər keçirilən paralel tədbirlər – iyulun 1-də Ağdamda İƏT Gənclər Forumu, iyulun 2-də Laçında Qadınlar Forumu, eləcə də Şuşada baş tutan 6-cı Biznes Forumu – Azərbaycanın post-münaqişə dövründə iqtisadi, sosial və siyasi institutları sürətlə yenidən qurduğunu nümayiş etdirən simvolik mərhələlər idi. Həmin tədbirlər Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi strateji dönüşün nəinki daxili siyasət kontekstində, həm də beynəlxalq platformada necə legitimləşdirildiyini ortaya qoyur.

İƏT-in 17-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilən Xankəndi Kommunikesi, faktiki olaraq, Azərbaycanın regional liderlik ambisiyalarının beynəlxalq təşkilatlar səviyyəsində tanındığı və dəstəkləndiyi sənəd kimi tarixə düşdü. Kommunikedə Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi bərpa və quruculuq işlərinə verilən yüksək qiymətləndirmə, əslində, siyasi etiraf idi. Bütün bunlar Azərbaycanın müharibədən sonra sülh və sabitliyə yönəlmiş inkişaf modelinin İƏT məkanında təqdir edildiyini göstərdi. Region ölkələrinin bu yanaşmanı açıq şəkildə dəstəkləməsi Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq səviyyədə artan hörmətin, eyni zamanda, suverenliyinə verilən real dəstəyin göstəricisidir.

Xankəndi Kommunikesində yer alan ən əhəmiyyətli bəndlərdən biri Ermənistandan qovulmuş azərbaycanlıların doğma yurdlarına ləyaqətli qayıdış hüququnun bir daha təsdiqlənməsi oldu. İfadə hüquqi anlamda bəlkə də çox sadə görünə bilər, lakin bu cümlənin arxasında onilliklər boyu pozulmuş insan haqları, etnik təmizləmənin nəticələri və ədalətin bərpası ilə bağlı dərin siyasi və mənəvi yük dayanır. Azərbaycanın beynəlxalq müstəvidə bu məsələni hüquqi və siyasi kontekstdə gündəmə gətirməsi onun post-münaqişə diplomatiyasının əsas sütunlarından birinə çevrilib. Mövcud yanaşma regional sabitliyin təməlində sülh müqavilələri ilə bərabər ədalətin də dayanmalı olduğunu vurğulayan bir çağırışdır.

Zirvə görüşünün əsas mövzusunun iqlim dəyişiklikləri, davamlı inkişaf və yaşıl enerji kimi qlobal trendlərlə səsləşməsi Azərbaycanın beynəlxalq gündəmdə də qlobal çağırışlarla paralel şəkildə irəlilədiyini göstərdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə gündəmə gətirilmiş “İƏT-in yeni baxışı” konsepsiyası təşkilatın fəaliyyətində yeni mərhələnin başlandığını göstərir. Ənənəvi iqtisadi əməkdaşlıq formatlarından fərqli olaraq, bu yeni yanaşma İƏT-i strateji vizyona malik struktur kimi yenidən formalaşdırır.

Kommunikedə qadın liderlərin ekoloji təşəbbüslərinə xüsusi yer verilməsi prosesin sosial və gender aspektlərinin də nəzərə alındığını göstərir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın həyata keçirdiyi “Sıfır tullantı” təşəbbüsünün xüsusi vurğulanması qadın liderliyin iqlim diplomatiyasına verdiyi töhfənin təqdiridir. Bütün bunlar isə yalnız ekoloji məsuliyyət deyil, həm də normativ güc kontekstində qadınların beynəlxalq siyasətdəki rolunun artmasına dair simvolik jestdir. Göstərilən təşəbbüslər, eyni zamanda, ekofeminizm nəzəriyyəsinin regional refleksiyasını da ortaya qoyur.

Kommunike özündə, eyni zamanda, İƏT çərçivəsində institusional strukturlaşmanın gücləndirilməsi baxımından mühüm göstəriciləri ehtiva edir. İƏT Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və Tədqiqat Mərkəzinin genişləndirilməsi, təşkilatın texnoloji, elmi və strateji analizlərə dayanan platformaya çevrilmək niyyətindən xəbər verir. Məhz bu mərkəzlər regional siyasətlərin koordinasiyası və uzunmüddətli inkişaf strategiyalarının hazırlanması baxımından əhəmiyyətli funksiyalara malik olacaq. Burada nəzərə alınmalı məqam isə regional inteqrasiyanın yalnız ticarət və sərmayə ilə deyil, informasiya, innovasiya və elmi-tədqiqat sahələrində də təşviq olunmasıdır.

Kommunikedə qeyd olunan vahid informasiya məkanı təşəbbüsü müasir geosiyasi reallıqlar fonunda daha da önəmli görünür. İnformasiya təhlükəsizliyi və məlumat suverenliyi çağdaş dövrün əsas siyasi silahlarından birinə çevrilib. İƏT çərçivəsində bu məsələni ön plana çəkilməsi təşkilatın öz daxili kommunikasiya axınlarını qorumaq və həm də vahid siyasi məfkurə formalaşdırmaq cəhdi kimi başa düşülə bilər. Eyni zamanda, İƏT Sərmayə-Ticarət və Sənaye Palatalar Şurasının təşviq edilməsi regional iqtisadi diplomatiyanın gücləndirilməsi istiqamətində konkret addımların atıldığını göstərir ki, bu da “kompleks qarşılıqlı asılılıq” nəzəriyyəsinin təzahürü kimi qiymətləndirilə bilər.

Kommunikenin son dərəcə əhəmiyyətli hissəsi Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna verilən dəstəklə bağlıdır. Forumun Azərbaycanda keçirilməsi, əslində, Azərbaycanın beynəlxalq imicinin və urban diplomatiyasının mühüm parçasıdır. Bakı artıq qlobal şəhərsalma diskursunda əsas iştirakçılardan birinə çevrilməkdədir. Forum vasitəsilə Azərbaycan “yaşıl” urbanizasiya, dayanıqlı şəhər modelləri və innovativ infrastruktur təşəbbüslərini beynəlxalq müstəviyə çıxarmaq imkanı əldə edəcək. Bu isə şəhər diplomatiyası anlayışının regional tətbiq nümunəsi kimi diqqətəlayiqdir.

İƏT-in Xankəndi Kommunikesi ilə yekunlaşan Zirvə görüşü Azərbaycanın post-münaqişə diplomatiyasının gücünü, strateji təşəbbüskarlığını və yeni dövr üçün ortaya qoyduğu regional gələcək xəritəsini bütün dünyaya nümayiş etdirdi. Sənəd Azərbaycanın ideya sahibi və normativ lider ölkə olaraq İƏT daxilindəki rolunu necə möhkəmləndirdiyini göstərdi. Artıq Azərbaycan beynəlxalq təşkilatlarda gündəmi müəyyən edən, ideoloji çərçivələr yaradan və bu çərçivələri geosiyasi reallıqlarla birləşdirən fəal aktora çevrilməkdədir.

Beləliklə, Xankəndidən yayılan siyasi mesaj regional geosiyasətin gələcəyinə dair konseptual baxış, ədalət çağırışı və inkişaf vizyonunun manifesti oldu.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 İyul 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see388

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri