Xankəndi Mədəniyyət Mərkəzində ilk konsert oldu FOTO
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xankəndi Mədəniyyət Mərkəzində 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.
Bu barədə Bizim.Media-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan proqramda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri həm yerli, həm də dünya bəstəkarlarının əsərlərini ifa edib.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 28-də Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.






Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 14 İyun 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















