Xankəndi nin yeni baş məşqçisi: Sevinirəm ki, komandanın tarixinə adım düşəcək
sport24.az saytına istinadən Icma.az xəbər verir.
"Xankəndi" ilə danışıqlarımız bir neçə vaxt idi ki, davam edirdi, ancaq ortaq məxrəcə gələ bilmirdik. Nəhayət ötən gün razılaşdıq və rəsmi müqaviləyə imza atdım". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin yeni baş məşqçisi Zaur Hacıyev deyib.
B kateqoriyalı məşqçi lisenziyasına sahib olan mütəxəssis yeni komandasının hədəflərindən söz açıb:
"Xankəndi bizim tarixi şəhərimizdir. Onun adını daşıyan komanda daha üst liqalarda oynamalıdır. Həm ölkəmizi, həm də şəhərimizi layiqincə təmsil etməliyik. Mənim üçün məsuliyyətli işdir. Sevinirəm ki, komandanın tarixinə adım düşəcək. Çempionatda "Qaradağ Lökbatan" kimi Birinci Liqa təcrübəsi olan komandanın olduğunu dərk edirəm. Bir neçə transfer etməyi planlaşdırırıq. Komandanın məşqçi heyəti, struktur və futbolçu heyətində dəyişiklik olacaq".
Qeyd edək ki, Zaur Hacıyev son olaraq "Karvan-Yevlax"da köməkçi məşqçi kimi çalışıb.
Baxış sayı:43
Bu xəbər 15 Yanvar 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















