Xankəndi şəhəri ilə bağlı yeni LAYİHƏ 5 MİLYON AYRILDI
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Xankəndi şəhərində Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yeni inzibati binasının tikintisi üçün böyük həcmli tender elan edilib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, satınalma Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən həyata keçirilir.
Tenderin ehtimal olunan qiyməti 5 milyon manatdır. Tikinti layihəsi çərçivəsində yerüstü hissənin söküntüsü, müxtəlif qrup qruntlarda qazıntı işləri və torpaq həcminin daşınması kimi bir sıra mühüm mərhələlər nəzərdə tutulur.
Qeyd edək ki, yeni inzibati bina Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətini tam şəkildə Xankəndi şəhərinə qaytaracaq. Bu, ərazidə idarəetmənin mərkəzləşməsi və xidmətlərin daha operativ göstərilməsi deməkdir. Regional idarəetmənin bərpası insanların təhlükəsiz şəkildə qayıtması və yaşayış üçün lazım olan xidmətlərin yaradılması baxımından mühüm addımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 14 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















