Icma.az
close
up
RU
“Xankəndi” sualtı quyulara xidmət göstərəcək

“Xankəndi” sualtı quyulara xidmət göstərəcək

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“BP-Azərbaycan” şirkəti dünyada ilk dəfə “Xankəndi” gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərəcək. Qurum bu məqsədlə gələn həftə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” yataqlar blokunun “Dərinsulu Günəşli” sahəsində bir sıra quyularda sualtı əməliyyatlara başlayacaq.

Bu barədə BP-nin Azərbaycan–Gürcüstan–Türkiyə regionu üzrə quyular üzrə vitse-prezidenti Rassel Morris sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, “Xankəndi” sualtı tikinti gəmisi tam yenidən təchiz edilib və artıq gələn həftə bir sıra sualtı müdaxilə işləri aparmaq üçün “Dərinsulu Günəşli” sahəsinə gedəcək. “Bu əməliyyat, “Oceaneering International” şirkəti tərəfindən işlənib hazırlanmış, gəmi operatoru kimi “Saipem” şirkətinin və intervensiya avadanlığı sahəsində SLB şirkətinin dəstəyi ilə innovativ borusuz müdaxilə texnologiyası BORIS sisteminin dünyada ilk dəfə tətbiq olunacaq”, – deyə vitse-prezident bildirib.

Qeyd edək ki, bu texnologiya təzyiqin səmərəli nəzarətini və hasilatın artırılması imkanlarının erkən aşkarlanmasını təmin edəcək ki, bu da yatağın gələcək potensialını üzə çıxarmağa imkan verəcək. Bundan əlavə, regionda ilk dəfə olaraq sualtı işlər yarımdalma tipli qazma qurğusundan deyil, üzərinə BORIS sisteminin inteqrasiya ediləcəyi gəmidən həyata keçiriləcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri