Icma.az
close
up
RU
Xankəndidə açılan tikiş fabrikində 800 iş yeri yaradılacaq AÇIQLAMA

Xankəndidə açılan tikiş fabrikində 800 iş yeri yaradılacaq AÇIQLAMA

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycan etibarlı tərəfdaş, sözü ilə əməli bir olan ölkə kimi regionda yeni reallıqlar yaradıb. Dünyada nüfuzu durmadan artan Azərbaycan bölgədə sülhün bərpasına çalışır. Eyni zamanda bütün dünya dövlətləri ilə dostluq və tərəfdaşlıq şəraitində yaşamağa üstünlük verir. Bu təklif və təşəbbüslər bütün ölkələr tərəfindən qəbul edilməkdədir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri önəmli rol oynayır, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Özbəkistanla Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir”.

News24.az xəbər verir ki, bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Xankəndi şəhərində tikiş fabrikinin inşası ilə bağlı layihəni şərh edərkən dedi. Deputat qeyd etdi ki, diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan - Özbəkistan əlaqələri durmadan genişlənməyə davam edir.

“Azərbaycanla Özbəkistan dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətlərini daha da inkişaf etdirib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. COP29 tədbirlərinin keçirildiyi günlərdə Xankəndi şəhərində tikiş fabrikinin istifadəyə verilməsi iki ölkə prezidentlərinin tapşırıqlarına əsasən həyata keçirilib. Layihənin ümumi investisiya dəyəri 11 milyon manat təşkil edir. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərəcək. Fabrikdə istehsal olunacaq məhsulların 80 faizi müxtəlif ölkələrə ixrac ediləcək. Azərbaycan Prezidentinin dediyi kimi, bu, məşğulluqdur, bu, istehsaldır, bu, Qarabağın inkişafıdır".

Millət vəkilinin sözlərinə görə, burada ümumilikdə 800 iş yeri yaradılacaq:

"Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib. Bu fabrik birliyimizin daha bir rəmzidir. Özbək dostlarımız qısa müddətdə Xankəndidə minlərlə insanın çalışacağı tikiş fabrikinin yaradılmasına kömək göstərməklə yanaşı, Füzulidə məktəb tikməkdə bizə ilk yardımçı oldular. Əlbəttə, belə qardaşlıq münasibətinə görə özbək xalqına, onun rəhbərinə minnətdarlıq düşür. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki ölkələrimiz arasında əməkdaşlığı genişləndirir və ənənəvi dostluq, iqtisadi tərəfdaşlıq əlaqələrimizi möhkəmləndirir”, A.Hüseynov yekunlaşdırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:289
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 Noyabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri