Icma.az
close
up
RU
Xankəndidə baş verən hadisəni təsadüfi hesab etmək olmaz

Xankəndidə baş verən hadisəni təsadüfi hesab etmək olmaz

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Erməni əsilli Karen Avanesyanın Xankəndidə törətdiyi, daha doğrusu törətmək istədiyi təxribatı təsadüfi hadisə kimi ümumiyyətlə təhlil etmək olmaz. Hadisələrin ardıcıllığı və proseslərin analizi onu göstərir ki, baş vermiş hadisə məqsədli və təxribat xarakterli bir əməliyyatdır. Doğrusu, bu əməliyyatın yerinə yetirilməsinə bir cəhddir. Əlbəttə ki, bir il bundan əvvəl Karen Avanesyanın Azərbaycan televiziyasına verdiyi müsahibəsində Azərbaycan vətəndaşlarından danışması, pasport məsələsinə toxunması onu göstərir ki, o, guya Azərbaycana sadiq bir vətəndaşdır və Azərbaycana qarşı heç bir pis niyyəti yoxdur. Lakin törətməyə cəhd etdiyi əməl bir daha onu təsdiqləyir ki, Karen Avanesyan özünü Azərbaycan cəmiyyətinə sıxışdıraraq müəyyən təxribatları, əməliyyatları həyata keçirmək üçün uyğun vaxt gözləmiş və həmin vaxt yetişəndə tapşırığın icrasına hazırlıqlı vəziyyətdə qalmağa çalışmışdır.
Heç bir halda hadisəni təsadüfi hesab etmək olmaz. Təxribat cəhdinin Azərbaycan polisinin sayıqlığı və peşəkarlığı hesabına qarşısı alınsa da, geniş miqyasda - onun əlində olan silah-sursat hesabına ağır nəticələrə səbəb olan terror əməli törətmək imkanı olub. Məsələ ondadır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xarici qonaqların Xankəndidə olduğu bir vaxtda Karen Avanesyanın belə bir təxribat cəhdi təbii ki, məqsədli şəkildə təşkil olunmuşdur. Bu hadisə təkcə bir şəxsin əməli deyil, revanşist qüvvələrin müəyyən işarəsi və ya tapşırığı əsasında həyata keçirilməsi ehtimalı istisna deyil. Əlbəttə ki, Karen Avanesyanın həyata keçirməyə çalışdığı əməliyyatın doğura biləcəyi mümkün nəticələrin təhlili onu göstərir ki, qarşıya qoyulan məqsədlər konkret və aydın şəkildə müəyyən edilib.
Təbii ki, baş tutması mümkün olan bu təxribat hadisəsi ilkin olaraq bütün dünya ictimaiyyətinə, nəinki Xankəndidə, ümumiyyətlə, Qarabağda qeyri-sabitliyin mövcudluğu, həmçinin Azərbaycanın həmin ərazilərə tam nəzarət etmədiyi barədə fikir yaratmaq məqsədi daşıya bilərdi. Bu isə Azərbaycanın dövlətinin öz ərazisində sabitliyi təmin edə bilməməsi kimi təqdim oluna bilərdi. İkinci bir məqsəd isə ondan ibarətdir ki, güya təhlükəsizliyin təmin edilməməsi səbəbindən Qarabağa əhalinin köçürülməsində çaşqınlığın yaradılması və böyük qayıdış planını əngəlləmək hədəfi olub.
Baş vermiş təxribatda birbaşa rəsmi İrəvanın rolu barədə birmənalı fikir demək olmaz. Ancaq, hadisənin Ermənistan ərazisində mövcud revanşist qüvvələrin, həmçinin Rusiya yönümlü dairələrin tapşırığı ilə həyata keçirilməsi mümkün görünür. Bu işin görünən tərəfi odur ki, hadisə Azərbaycan dövlətinə və xalqına bir siqnal, bir bildiriş formasında da qəbul edilməlidir və təbii gələcəkdə analoji təxribat və terror əməllərinin qarşısını almaq üçün məqsədli şəkildə Azərbaycan ərazisində qalmış erməni əsilli şəxslərin şəxsiyyətinin dəqiqləşdirilməsi, qanunsuz silahlı birləşmələrə aidiyyatı yoxlanılmalıdır, müvafiq tədbirlər görülməlidir.
Vüqar Dadaşov, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Sentyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri