Icma.az
close
up
RU
Xankəndidə “Dil və ünsiyyət” adlı interaktiv seminar keçirilib FOTOLAR

Xankəndidə “Dil və ünsiyyət” adlı interaktiv seminar keçirilib FOTOLAR

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Parla Academy”-nin Xankəndi filialında “Dil və ünsiyyət” adlı interaktiv seminar keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, müəllimlər, tələbələr və məktəblilərin iştirak etdiyi tədbir, Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

“Parla Academy” Xankəndinin həmtəsisçiləri 40 illik pedaqoji təcrübəyə malik Rəşid Kərimov və Nəsib İbrahimov çıxış edərək, gənclərin təhsilinə dəstək, öyrənilən biliklərin praktik bacarıqlara çevrilməsi və Xankəndidə maarifləndirici görüşlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.

Seminarda ingilis dili müəllimi və sinxron tərcüməçi Roman Rəhimli “İngiliscə bilirsən, bəs niyə danışa bilmirsən?” mövzusunda çıxış edib.

O, danışıq zamanı yaranan çətinliklərdən və onların aradan qaldırılması yollarından danışıb, iştirakçılarla praktik məşqlər keçirib.

Psixopedaqoq Ayşən Cavadova “Dil biliklərinin bizə psixoloji təsiri” mövzusunda fikirlərini bölüşüb.

İşarət dili mütəxəssisi, təlimçi və tərcüməçi Şamil Sabirzadə isə “Səssizlik fərq deyil, eynilikdir!” mövzusunda çıxış edərək iştirakçıları işarət dili ilə tanış edib və bəzi işarələri öyrədib.

Tədbirdə akademiyanın 11-ci sinif tələbəsi, qaydasız döyüş üzrə respublika çempionu Rasim Əsədzadənin uğuru da qeyd olunub.

Tələbələrin akademik nəticələri ilə yanaşı, fiziki və mənəvi inkişafının dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.Seminarın sonunda ingilis dili dərsləri ilə maraqlanan iştirakçılar üçün ayrıca məlumatlandırıcı görüş keçirilib.

Qeyd edək ki, “Parla Academy” Xankəndidə gənclərin inkişafına yönəlmiş seminar və maarifləndirici görüşləri davam etdirməyi nəzərdə tutur.

“Cebheinfo.az”
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Oktyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see331

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see323

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see312

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see299

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see296

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see265

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see254

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see252

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see234

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see233

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see232

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see227

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see216

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see214

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see197

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see186

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see176

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see170

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see165

Rəşad Mahmudov: Struktur dəyişiklikləri səhiyyə siyasətinin məntiqi davamıdır

19 Oktyabr 2026 20:17see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri