Xankəndidə əməliyyat Həbs edilən var
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zamanı şəxsi istifadə üçün saxladığı bir büküm marixuana aşkarlanıb.
Faktla bağlı onun barəsində müvafiq maddə üzrə inzibati protokol tərtib olunub.
S.Rzayev ifadəsində Xankəndi şəhərində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində sürücü vəzifəsində çalışdığını bildirib. O, bir neçə tanışı ilə yaşayış evlərindən birinin həyətində narkotik vasitə istifadə etdiyini, bundan sonra saxlanıldığını və üzərindən narkotik maddə aşkarlandığını deyib.
O, təqsirini etiraf edərək əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə Sahib Rzayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Oktyabr 2026 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















