Icma.az
close
up
RU
Xankəndidə mənzil yarışına start verildi

Xankəndidə mənzil yarışına start verildi

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Minlərlə müraciət daxil oldu

Mənzillər həm nağd, həm də kreditlə satışa çıxarılır

Azərbaycan dövləti son 25 ildə qarşıya qoyduğu məqsədlərə müvəffəqiyyətlə nail oldu. Gələcəyə hesablanmış strategiya istər daxili-xarici siyasət sahəsi olsun, istərsə sosial-iqtisadi inkişaf və ordu quruculuğunda yüksək inkişafı təmin etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildən etibarən qarşıdakı hər 4 il üçün təsdiqlədiyi “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” xüsusi vurğulanmalıdır.

Məhz bu dövlət proqramının icrası nəticəsində bütün ölkə ərazisində sosial-iqtisadi inkişaf mümkün oldu. 2004-cü ildən indiyədək icra olunan bu proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimiz 44 günlük Vətən müharibəsi və sonrakı antiterror əməliyyatı nəticəsində azad olunduqdan sonra isə Qarabağ və Şərqi Zəngəzur regionları da iqtisadi inkişaf platformasında yerini tutmaqdadır. Məlumdur ki, işğaldan azad edilmiş yurd yerlərimizə köç davam edir, insanlar doğma torpaqlarına qayıdır, ərazilərin dirçəlişi ilə yanaşı insanların həyatı da axarına düşür. Əlbəttə ki, bunda ərazilərdə aparılan tikinti-quruculuq işləri, icra olunan infrastruktur layihələri böyük əhəmiyyət kəsb edir. Bu günlərdə Kəlbəcər rayonunun İstisu qəsəbəsinin layihələndirilməsinə başlanılıb. Dövlət satınalmalarının vahid internet portalındakı məlumata görə, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb. Sözügedən işlərin icrası "Kooplayihə-AHB" firmasına həvalə edib və müqavilə bağlanıb. Müqaviləyə əsasən, şirkətə 836 620 manat ödənilib. Xocavənddə isə fərdi yaşayış evləri və yaşayış binalarının növbəti mərhələ üzrə təmiri işlərinin aparılmasıyla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müvafiq işləri yekunlaşdırıb. Görüləcək işlər çərçivəsində Xocavənd rayonunun Xocavənd şəhərində, Ağkənd kəndində fərdi yaşayış evlərinin və Qırmızıbazar qəsəbəsində çoxmənzilli yaşayış binalarının təmir işlərinin aparılması nəzərdə tutulur.

Sözügedən işlərin icrası “Platin-M” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və müqavilə bağlanıb. Sosial-iqtisadi inkişaf işğaldan azad olunmuş ərazilərlə məhdudlaşmır. Bu günlərdə cənab Prezident İlham Əliyevin Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri onu göstərir ki, dövlət başçısı hər bir regionun inkişafına, abadlaşması, müasir infrastruktura malik olması, bölgələrdə yeni iş yerlərinin açılmasına, insanların maddi rifah halının yüksəlməsinə diqqət ayırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəbrayıl rayonuna səfəri zamanı Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub. Dövlət başçısına məlumat verilib ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir. Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı “AzərEnerji” ASC-yə, 131 milyon kilovat-saatı isə “elektrik enerjisinin virtual ötürülməsi” prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək. Prezident İlham Əliyev Sabirabad rayonuna səfəri zamanı Sabirabad Sənaye Məhəlləsində “Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına Sabirabad Sənaye Məhəlləsi barədə məlumat verilib. Qeyd edək ki, ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü ildə imzaladığı Fərmanla müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sabirabad Sənaye Məhəlləsi dövlətimizin başçısının 2017-ci ildə imzaladığı Sərəncamla yaradılıb. Məhəllənin ümumi ərazisi 20,3 hektardır. Məhəllə sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturla təmin olunub. İndiyədək burada 8 rezident qeydiyyatdan keçib və fəaliyyətə başlayıb. Ümumilikdə sənaye məhəlləsində 100-dən çox iş yeri yaradılıb. Rezidentlər tərəfindən sənaye məhəlləsinə 10 milyon manatdan çox investisiya qoyulub. “Humix” MMC ilə tanışlıq zamanı bildirildi ki, müəssisəyə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub. Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib. Daha sonra cənab Prezident Sabirabad Sənaye Məhəlləsində “Azera Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxum istehsalı müəssisəsinin, “Taşobası” Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq emalı zavodunun fəaliyyəti ilə də tanış olub. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur. “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə də tanış olub. “Fırtına Su Sistemləri” MMC 2024-cü ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Layihə dəyəri təxminən 1,2 milyon manat olan müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir. Müəssisədə ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır. Burada istehsal edilən cihaz və ehtiyat hissələri daxili bazara çıxarılmaqla yanaşı, Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac edilir. Müəssisədə 50 iş yeri yaradılıb. Yaxın gələcəkdə iş yerlərinin sayının artırılması nəzərdə tutulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İmişli rayonuna səfəri zamanı “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin arpa emalı müəssisəsinin açılışında iştirak edib. Müəssisədə pivə istehsalında əsas xammal hesab olunan arpanın xüsusi proseslərdən keçərək mayalanma və fermentasiya üçün hazır vəziyyətə gətirilməsi ilə əldə edilən məhsul - malt istehsal olunacaq. İsveçrənin “Bühler GmbH” şirkətinin müasir texnologiyası əsasında hazırlanmış avadanlıqla təchiz olunan və emal prosesi tam avtomatlaşdırılan müəssisədə ildə 11 min ton arpa istehsal ediləcək. Müəssisənin investisiya dəyəri 33,2 milyon manatdır. “Carlsberg Azerbaijan” pivə zavoduna da xammal satışı həyata keçirən müəssisə Cənubi Qafqazda pivəlik arpa səmənisinin emalı üzrə ixtisaslaşmış ilk müasir istehsal obyektidir. Layihə regionda aqrar-sənaye inteqrasiyasını gücləndirməklə yanaşı, texnoloji modernləşmə, daxili bazarın dayanıqlı xammal təminatı, istehsalın lokallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada 47 nəfər işlə təmin olunacaq. 

İqtisadçı Fuad İbrahimov Sherg.az açıqlamasında bildirdi ki, davam etdirilən iqtisadi layihələrin ümumən ölkə iqtisadiyyatının və ayrı-ayrılıqda regionların sosial-iqtisadi inkişafında əhəmiyyəti böyükdür: 

- Xatırladım ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bu günlərdə belə bir açıqlama verdi ki, Xankəndi şəhərində sahibkarlar tərəfindən çoxmənzilli yaşayış binalarının tikintisinə start verilir. Şəhərdə və ətraf yaşayış məntəqələrində genişmiqyaslı tikinti və bərpa işləri sürətlə davam etdirilir. Regionda sahibkarlar üçün əlverişli investisiya mühiti yaradılıb, infrastruktur layihələri iş adamlarının bu ərazilərə marağını daha da artırır. Şəhərdə sahibkarlar tərəfindən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi başa çatdıqdan sonra mənzillər satışa çıxarılacaq. Xankəndidən mənzil almaq istəyən vətəndaşlardan xeyli müraciət daxil olub və mənzillərin satışı həm nağd şəkildə, həm də kreditlə mümkün olacaq. Sahibkarların banklarla imzaladığı müqavilələr əsasında vətəndaşlara kreditlə mənzil almaq imkanı yaradılacaq. Bu prosesin şəffaf və rahat həyata keçirilməsi üçün sahibkarlara zəruri dövlət dəstəyi göstəriləcək. Bu onu təsdiq edir ki, Azərbaycan dövləti regionların sürətli inkişafı üçün bütün mümkün imkanları realizə edir. Dövlət üzərinə düşən vəzifəni yerinə yetirir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün nə lazımdırsa edilir, evlər, mənzillər inşa olunur. Eyni zamanda dövlət sahibkarlara da imkan yaradır ki, regionların inkişafı prosesində iştirak etsinlər. Sosial-iqtisadi inkişaf daha da sürətlənsin, lazımi infrastruktur qısa zamanda qurulsun, bərpa olunsun. Xankəndidə aparılan tikinti və bərpa işləri sayəsində şəhər müasir yaşayış məkanına çevriləcək, bu, sözsüz. Eyni zamanda Xankəndidə işğalaqədərki dövrdə yaşamış, orada evi, mənzili olmuş vətəndaşlarımızdan savayı, istənilən digər şəxslər də ödəniş etməklə Xankəndidə mənzil sahibi ola biləcək. Bununla da, Xankəndi şəhərinin çox qısa zamanda irimiqyaslı müasir şəhər olmasına şərait yaradılır. Bu səbəbdən istər Xankəndi olsun, istərsə də digər şəhərlərdə kommersiya məqsədli çoxmənzilli binaların tikilməsi normaldır. Bu, həm bölgələrdə mənzil tikintisinin sürətlənməsi, həm də azad olunmuş ərazilərə investisiya cəlb edilməsi baxımından müsbətdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see317

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see301

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see283

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see256

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see240

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see234

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see223

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see220

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see214

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see209

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see205

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see197

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see197

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see195

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see192

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see192

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see185

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see181

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see179

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri