Xankəndidə müəllim və tələbələrin birgə konserti olub
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ölkə.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan musiqi mədəniyyətinin müxtəlif janrlarını əhatə edən repertuar nümayiş etdirilib.
Bildirilib ki, konsert proqramı Aslan Muradoğlu və saz sinfinin tələbələrinin ifasında "Ovşarı" aşıq havası ilə başlayıb.
Ardınca Teyyub Dəmirovun Aydın Əliyevin işləməsində "Yeni rəqs" əsəri Aydın Əliyev və tələbələrinin ifasında səsləndirilib.
Proqramda həmçinin Adil Bəbirovun "Bənövşə", Hacıbaba Həsənovun "Yağma yağış", "Çahargah" kompozisiyası və "Şur rəngi" təqdim olunub. Konsertin əsas hissələrindən birini xanəndəlik və muğam ifaları təşkil edib.
Tədbirdə Xan Şuşinskinin "Şuşanın dağları" mahnısı Səbinə Ərəbli və tələbələrinin ifasında, Hüseynağa Səmədovun (tar), Xalq artisti Elşən Mansurovun (kamança) və İlqar Süleymanlının (nağara) müşayiəti ilə səsləndirilib.
Proqram çərçivəsində Əməkdar artist Səbuhi İbayev və Səma Soltanovanın ifasında "Segah" təsnifi, Əməkdar artist Ehtiram Hüseynovun tələbələrinin ifasında "Şur" təsnifləri təqdim edilib.
Həmçinin "Qara xal yar" və "Qobustan" ritm kompozisiyaları tamaşaçılara çatdırılıb. Konsert Əməkdar artist Firuz Səxavətin ifasında "Bir sən idin ömrümün bəzəyi" adlı "Şur" təsnifi ilə yekunlaşıb.
Baxış sayı:130
Bu xəbər 24 Sentyabr 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















