Icma.az
close
up
RU
Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub

Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, "Veysəloğlu" Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil olunub.

Oxu.Az xəbər verir ki, 4-6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən "Zəfər Sədası" adlı intellektual yay düşərgəsi "Konstitusiya və Suverenlik İli"nə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas məqsədi onların ali təhsil imkanları ilə tanışlığı, karyerayönümlü inkişafı və Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi olub.

Düşərgənin ilk günü - 4 iyunda iştirakçılar Qarabağın incisi olan Şuşa şəhərinə səfər ediblər. Cıdır düzü, Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi kimi tarixi abidələrə baş çəkən gənclərə Azərbaycanın zəngin mədəni irsi və mübarizə tarixi barədə geniş məlumat verilib.

5 iyunda iştirakçılar Qarabağ Universitetini ziyarət edərək rektor Şahin Bayramovla görüşüblər. Rektor şəhid övladlarını universitetdə qəbul etməkdən qürur duyduqlarını bildirib, bu torpaqlarda həyat və təhsilin məhz şəhidlərin canı və qanı bahasına bərpa olunduğunu vurğulayıb. Daha sonra universitetin fakültələri, ixtisasları və qəbul prosesi barədə təqdimat keçirilib, abituriyentlərin sualları ətraflı cavablandırılıb.

"Zəfər" İctimai Birliyinin sədri Sevinc Orucova bu səfərin təkcə tanıtım xarakteri daşımadığını, həm də gənclərin Qarabağla mənəvi bağlarının möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Həmin gün "Xəzər" İntellektual Gənclər Klubu tərəfindən şəhid övladları və Qarabağ Universitetinin tələbələri arasında intellektual yarış təşkil olunub. Dostluq ruhunda keçən yarışın sonunda qaliblərə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub. Tədbirin sonunda Veysəloğlu Şirkətlər Qrupunun Korporativ Kommunikasiyalar direktoru Sənubər Nəzərova çıxış edərək düşərgə iştirakçılarını təbrik edib və bildirib ki, Şirkətlər Qrupu sosial və gənclər siyasətinin də fəal iştirakçısı kimi müxtəlif təhsil və inkişaf layihələrinə yaxından dəstək verir.

Bundan əlavə, 6 iyun tarixində iştirakçılar üçün Veysəloğlu Şirkətlər Qrupunun "Araz" və "OBA" biznes şəbəkələrinin Xankəndidəki satış məntəqələrinə infoturlar təşkil olunub. Bu turlar zamanı gənclər ticarət şəbəkələrinin idarəetmə modeli, iş prinsipləri, karyera imkanları və innovativ yanaşmaları ilə tanış olublar.

Qeyd edək ki, düşərgə proqramının sonunda Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələrinin təqdim etdiyi musiqili konsert proqramı tədbir iştirakçılarına xoş anlar yaşadıb.

Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri