Xankəndidə sərxoş menecer həbs olundu
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xankəndidə sərxoş halda avtomobil idarə edən sürücü həbs olunub.
Lent.az-ın xəbərinə görə, 41 yaşlı Rəsul Rəcəbov şəhər ərazisində “Mercedes” markalı avtomobili sərxoş halda idarə edib. Buna görə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Yol polisləri ona avtomobilin duracağa yerləşdirilməsini bildirəndə isə Rəsul Rəcəbov qanuni tələbə məhəl qoymayıb və tabesizlik göstərib. Bu əməlinə görə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
R. Rəcəbov ifadəsində bildirib ki, “Böyük Turan” restoranında menecer işləyir. Buna görə Xankəndi şəhərində yaşayır. O, törətdiyi əmələ görə peşman olduğunu deyərək, barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmə onun barəsində 10 gün müddətinə inzibati qaydada həbs qərarı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 Oktyabr 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















