Icma.az
close
up
RU
Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağ Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə seminar keçirilib.

“Cebheinfo.az” xəbər verir ki, “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: suverenliyə aparan yol” mövzusuna həsr olunmuş tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov, Tarix kafedrasının professoru Həvva Məmmədova, ümumi işlər üzrə prorektoru Mirağa Seyidli, Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Elvin Əzizbəyov iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və bildirib ki, Dövlət İdarəçilik Akademiyası tərəfindən həyata keçirilən tədbirin suverenliyimizin bərpa edildiyi torpaqlarda - Xankəndi şəhərində baş tutması əlamətdar hadisədir. Rektor Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Qarabağ Universitetinin qarşısına qoyulan strateji məqsədlərə çatmaq üçün yeni tərəfdaşlıqların qurulmasının əhəmiyyətli olduğunu qeyd edib. 

Ş.Bayramov əsas prioritetlərdən birinin Qarabağ Universitetinin elm və innovasiya mərkəzinə çevrilməsi olduğunu vurğulayaraq əlavə edib ki, burada təhsil alan tələbələr akademik biliklərə yiyələnməklə yanaşı, həm də dövlətçilik məfkurəsi ətrafında birləşməlidirlər.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ idarəçilik texnologiyaları: suverenliyə aparan yol” mövzusunda mühazirə ilə çıxış edərək idarəçilik prosesində uğurlu inkişafa təsir edən amillərdən bəhs edib. U.Ələkbərov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə tətbiq edilən müasir idarəetmə prinsipləri və strateji yanaşmalar dövlətimizin suverenliyinin qorunmasında və gücləndirilməsində böyük rola malikdir. O, idarəetmə sahəsindəki yeniliklərin, effektiv qərar qəbul etmə mexanizmlərinin və müasir texnologiyaların tətbiqinin Azərbaycanın beynəlxalq arenada müstəqilliyini və gücünü artıran əsas amillərdən biri olduğunu bildirib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru, professor Elman Nəsirov “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi və onun reallaşdırılması mexanizmləri” mövzusundakı çıxışında mövcud siyasi prosesin əhəmiyyətinə və qarşıya qoyulan hədəflərin realizasiyası üçün tələb olunan addımlara diqqət çəkib. E.Nəsirov qeyd edib ki, məhz suverenliyin tam şəkildə bərpa edildiyi tarixin ildönümündə Xankəndi şəhərində Qarabağ Universitetinin açılması suverenlik amillərinə söykənir.

Tarix kafedrasının professoru Həvva Məmmədova “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası: reallıqlar və perspektivlər” mövzusunda etdiyi çıxışda Azərbaycanın qədim və müasir tarixində ərazi bütövlüyü və suverenliyin bərpası prosesinin əhəmiyyətini nəzərə çatdırıb. 

Professor bildirib ki, Azərbaycanın bu məsələlərdəki mövqeyi regionda sabitliyin qorunması, iqtisadi inkişaf və ölkənin beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə sıx bağlıdır.

Elm və beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Elvin Əzizbəyov “İnnovativ dövlət idarəçiliyinin rəqəmsal aspektləri” mövzusunda çıxış edərək dövrün tələblərinə cavab vermək üçün dövlət idarəçiliyi sahəsində innovativ yanaşmalar və texnologiyaların tətbiq edildiyini vurğulayıb. 

E.Əzizbəyov əlavə edib ki, “Elektron hökumət” formatlı rəqəmsal xidmətlər Azərbaycan dövlətinin rəqəmsal transformasiyasının mühüm hissəsini təşkil edir və bu proses idarəetmənin sadələşdirilməsi, vətəndaşların daha sürətli və asan xidmətlər əldə etməsini təmin edir.

Nigar
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Mart 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see406

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see394

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see377

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see362

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see251

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see247

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see240

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see237

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see232

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see227

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see218

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see211

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see200

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see196

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see183

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see178

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see178

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see170

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri