Xankəndidə Zəfər parkına yürüş olub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Xankəndi 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar Xankəndi şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Nəqliyyatın hərəkəti dayandırılıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, sükutdan sonra Zəfər parkına yürüş olub. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər parkında şəhidlərin xatirəsinə gül dəstələri düzülüb.
Anım mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Xankəndi şəhərində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, şəhər sakinləri, hüquq-mühafizə orqanları, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Müxbir - Tahir Ağaməmmədov
Baxış sayı:104
Bu xəbər 27 Sentyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















