Xankəndidəki müəssisədə illik 25 milyon cüt iş əlcəyi istehsal olunacaq FOTO
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xankəndi şəhərində iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə başlayıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, “GP Safety” MMC-yə məxsus müəssisədə müxtəlif təyinatlı 4 növdə iş əlcəyi istehsal olunacaq.
Bildirilib ki, müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcək təşkil edir.
Məhsulların ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulduğu, gələcəkdə isə Avropa bazarına ixracının planlaşdırıldığı qeyd olunub.
Müəssisədə 35 nəfər işlə təmin ediləcək.
Layihəyə 3,5 milyon manat investisiya yatırılıb. Müəssisənin yaradılmasına dövlət dəstəyi çərçivəsində 1 milyon manat güzəştli kredit ayrılıb. Həmçinin investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat məbləğində ƏDV güzəşti tətbiq edilib.
Qeyd edək ki, müəssisənin fəaliyyətə başlaması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və bölgənin iqtisadi potensialının gücləndirilməsinə töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 29 May 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















