Icma.az
close
up
RU

Xankəndidəki tikiş fabrikində istehsal olunan məhsulların 80 faizi ixrac ediləcək FOTO AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xankəndi, 23 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Xankəndi şəhərindəki tikiş fabrikində yüksək keyfiyyətli trikotaj məhsullar istehsal olunur. Yeni istifadəyə verilən fabrikin müasir avadanlıqlarla təmin olunması, müəssisədə yaradılan yüksək istehsal şəraiti keyfiyyətli məhsula zəmanət verir. Tikiş fabriki Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının nəticəsidir. Azərbaycan və Özbəkistan prezidentləri noyabrın 13-də videobağlantı vasitəsilə fabrikin açılış mərasimində iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri Xankəndi şəhərindəki tikiş fabrikində iş prosesi ilə tanış olub. “BUSINESS TEX JV” şirkətinin direktoru Əfqan Müslümov bildirib ki, ərazisi 1,2 hektar olan fabrikin ümumi investisiya dəyəri 11 milyon manatdır. Fabrikin xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Müəssisə həm yerli, həm də Özbəkistan xammalı əsasında fəaliyyət göstərir. Fabrikdə ildə 3-5 milyon ədəd müxtəlif trikotaj məhsulları istehsal ediləcək. İstehsal olunacaq məhsulların 80 faizi ixrac ediləcək.

Müəssisə işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğunun təmin olunmasında mühüm rol oynayacaq. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim almış 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə isə burada 800 iş yerinin yaradılması nəzərdə tutulur.

Fabrikdə işlə təmin olunan Xankəndi sakini Sveta Əsgərovanın təəssüratlarını öyrənirik: “Mən Xankəndi sakiniyəm, burada doğulub böyümüşəm. Dərziliyi də burada öyrənmişəm. Köçkünlük illərində Bakı şəhərində məskunlaşıb, orada sənətimlə məşğul olurdum. Xankəndidə fabrik açılması xəbərini eşidəndə, dərhal müraciət elədim. Hazırda fabrikdə təlimçi müəllim kimi, tikişçi qızların öyrədilməsi ilə məşğulam. Hər şeydən razıyam, qızlar da işi yüksək səviyyədə mənimsəyirlər. Çox sevinirəm və qürur duyuram ki, doğma şəhərimdəyəm”.

Tikişçi Fatma Əzizova da həm işindən, həm də Xankəndi şəhərində çalışmaqdan məmnun olduğunu bildirib: “Özüm Ağdam rayonundanam. 30 il idi ki, torpaqlarımızın həsrəti ilə yaşayırdıq. Şükürlər olsun, həm torpaqlarımız işğaldan azad olundu, həm də burada işlə təmin edildik. Bizə əvvəlcə iki ay təlim keçildi, tikiş işini mənimsədik. Artıq fabrikdə işləyirik. İşimdən, burada yaradılan şəraitdən çox razıyam”.

Fabrikdə Özbəkistandan gələn mütəxəssislər də çalışır. Texnoloq Dilfuzə İbrahimova azərbaycanlı xanımların tikiş işində məharətli olduqlarını bildirib: “İki aydır buradayam. Xankəndidə özümü Özbəkistandakı kimi hiss edirəm. Fabrik çox gözəldir. İşçilər çox gözəl tikirlər, məhsulların keyfiyyəti də yüksək səviyyədədir”.

İcraçı direktor Günel Əlizadə isə bildirib ki, hazırda müəssisədə idman geyimləri istehsal edilir. “Made in Azerbaijan” brendi ilə istehsal olunan məhsullar yüksək keyfiyyəti ilə seçilir. Gələcəkdə mərhələli şəkildə digər geyim növlərinin istehsalı da planlaşdırılır.

Azərbaycanla Özbəkistan arasında uğurlu birgə fəaliyyətin, əməkdaşlığın növbəti təzahürü olan Xankəndidəki tikiş fabriki bölgənin sosial-iqtisadi mənzərəsinə müsbət təsir göstərəcək, Qarabağda yüngül sənayenin inkişafı üçün yeni imkanlar açacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2024 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri