Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nəcibənin toyudur Fotolar

Nicat Kazımov oğluna toy etdi Video

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Xankəndidən dünyaya açılan pəncərə: Azərbaycanın ECO ilə yeni mərhələsi

Xankəndidən dünyaya açılan pəncərə: Azərbaycanın ECO ilə yeni mərhələsi

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycanın beynəlxalq təşkilatlarla qurduğu əməkdaşlıq, ölkənin həm regional, həm də qlobal miqyasda güclənən mövqeyinin göstəricisidir. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) çərçivəsində aparılan çoxşaxəli fəaliyyətlər Azərbaycanın xarici siyasət prioritetlərinin mühüm istiqamətlərindən birini təşkil edir.

1992-ci ildən bu təşkilatın üzvü olan Azərbaycan iqtisadi, ticarət, enerji, nəqliyyat və ekologiya sahələrində təşəbbüskar və fəal tərəfdaş kimi çıxış etməklə yanaşı, mədəni, elmi və humanitar müstəvidə də mühüm əlaqələr qurmağa nail olub.

Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və inkişaf prosesi, bu ərazilərin beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi, Azərbaycanın regional liderliyini və strateji əhəmiyyətini daha da gücləndirir. İyulun 4-də Xankəndi şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bu baxımdan həm simvolik, həm də siyasi-iqtisadi baxımdan önəmli hadisə kimi tarixə düşdü.

Mövzu ilə bağlı fikirlərini Bakıvaxtı.az-la bölüşən deputat Fatma Yıldırım bildirib ki, bu zirvə Azərbaycanın ECO çərçivəsindəki artan rolunu, bölgədə sülh və inkişaf naminə göstərdiyi səylərin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini bir daha sübut edir:

“Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qurduğu münasibətlər ölkənin həm regional, həm də beynəlxalq iqtisadi sistemdə tutduğu fəal mövqeyin bariz nümunəsidir. 1992-ci ildən ECO-nun üzvü olan Azərbaycan təşkilat daxilində həyata keçirilən təşəbbüslərdə fəal iştirak edir, üzv dövlətlərlə iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ekologiya sahələrində əməkdaşlığın inkişafına əhəmiyyətli töhfələr verir”.

Deputat qeyd edib ki, Azərbaycanın ECO ilə əməkdaşlığı yalnız iqtisadi əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmır, eyni zamanda mədəni, elmi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu əməkdaşlıq ölkənin regional inteqrasiya proseslərinə daha sıx şəkildə qoşulmasına, eləcə də ECO məkanında sülh, sabitlik və inkişaf naminə irəli sürülən birgə təşəbbüslərdə mühüm tərəfdaş kimi çıxış etməsinə şərait yaradır:

"Azərbaycan təşkilatın üzvü olaraq dəfələrlə ECO-nun məqsəd və prinsiplərinə sadiqliyini nümayiş etdirib. Enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və yaşıl iqtisadiyyat sahələrində həyata keçirilən çoxşaxəli əməkdaşlıq təşəbbüsləri ölkəmizin regionda və beynəlxalq miqyasda mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan, Azərbaycan ECO-nun strateji hədəflərinə uyğun addımlar ataraq regionda sabitliyin və inkişafın təmin olunmasına əhəmiyyətli dərəcədə töhfə verir".

Deputatın sözlərinə görə, iyulun 4-də Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi tarixi əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, sammitin Xankəndi şəhərində təşkili xüsusi məna daşıyır. Bu tədbir Azərbaycanın qurum çərçivəsində artan rolunun və fəallığının bariz sübutudur. Zirvə görüşünün məhz ölkəmizdə keçirilməsi Azərbaycanın təşkilat daxilində təşəbbüskar və lider mövqeyə malik olduğunu, regional əməkdaşlığa verdiyi töhfələrin yüksək dəyərləndirildiyini nümayiş etdirir.

Fatma Yıldırım, Milli Məclisin deputatı

“Xankəndi uzun illər işğal altında olub və erməni separatizmi qədim şəhərimizi öz yuvasına çevirmişdi. Lakin 2023-cü ildən etibarən Xankəndi artıq azaddır. Azadlığa qovuşduqdan sonra şəhər genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzinə çevrilib. Sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun şəkildə yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdəndir. Bu sistemli və məqsədyönlü fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır”, – deyə Fatma Yıldırım bildirib.

Müsahibimiz əlavə edib ki, bu gün Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksək səviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını ön plana çıxarır. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün məhz Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirak etməsi olduqca rəmzi məna daşıyır. Zirvə görüşündə regionun gələcəyinə dair aparılan müzakirələr Azərbaycanın açıq əməkdaşlığa, davamlı inkişafa və qarşılıqlı tərəfdaşlığa əsaslanan siyasətinin daha bir əyani göstəricisidir.

“Xankəndidə ECO sammitinin keçirilməsi bütün dünyaya verilən mühüm mesajdır: artıq bu torpağın əsl sahibləri qayıdıblar. Bu möhtəşəm hadisə dostlarımızı sevindirir, düşmənlərimizə isə açıq mesajdır. Bütün dünya bilməlidir ki, biz bu torpaqlara əbədi qayıtmışıq”, – deputat vurğulayıb.

Həmsöhbətimiz onu da söyləyib ki, Şuşa şəhərinin 2026-cı ildə “ECO-nun Turizm paytaxtı” elan olunması da böyük əhəmiyyət daşıyır və bu qədim şəhərimizi beynəlxalq turizm mərkəzinə çevirmək üçün yeni imkanlar açır. Həqiqətən də, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə görülən böyük quruculuq işləri və bu ərazilərin ard-arda mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi hər bir azərbaycanlı üçün qürurvericidir. Bu nailiyyətlərə isə məhz prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində nail olunub.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 İyul 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see159

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri