“Xankəndində qalib olduğum üçün qürur hissi keçirdim” Ulturamarafonun qalibi DANIŞDI
Icma.az, Sia Az saytına istinadən bildirir.
“Yarışı birinci olaraq bitirdiyimə görə çox xoşbəxtəm”. Bunu SİA-ya açıqlamasında Qəbələ-Xankəndi ulturamarafonda dördüncü mərhələnin qalibi Ömər Alkanoğlu deyib.
O, qalib kimi öz hisslərini bölüşüb.
Atletin sözlərinə görə, bu onun Bakıda yarışdığı ikinci yarış olub: “Artıq ikinci dəfədir ki, Bakıda qalib oluram. Bütün təşkilatçılığa görə rəhbərliyə minnətdarlığımı bildirirəm. Hər şey çox möhtəşəm idi. Fiziki baxımdan bir sıra çətinlik çəksəm də, qalib olaraq bitirdim. Azərbaycanın tarixi torpağı olan Xankəndində qalib olmaq mənim üçün qürur hissidir”.
Qeyd edək ki, aprelin 10-da “İdman paytaxtı” Qəbələ şəhərində start götürən ulturamarafon yarışı Xankəndində başa çatdı.

Xankəndində yaşayanlar üçün güzəştlər olmalıdır Tural Gəncəliyev
25 Noyabr 2024 16:43
Xankəndində solo konsert keçiriləcək
22 Noyabr 2024 17:16
Nazir Xankəndində müşavirə keçirib Rəsmi
21 Yanvar 2025 16:02
Samir Nuriyev Xankəndində iclas keçirdi
11 Fevral 2025 19:00
Xankəndində əhalinin ürəyi müayinə edildi
05 Noyabr 2024 16:09

