Icma.az
close
up
RU
Xankəndiyə ilk dəfə gedən diplomatların təəssüratları FOTOLAR

Xankəndiyə ilk dəfə gedən diplomatların təəssüratları FOTOLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 9-da “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi keçirilb.
Müşavirəyə qatılan diplomatlar Xankəndi şəhərində də olublar.
Modern.az xəbər verir ki, bəzi diplomatlarımız Xankəndi ilə bağlı təsüratlarını şəxsi sosial şəbəkə hesablarında paylaşıblar. 

Türkiyə Respublikasının İstanbul şəhərində Baş konsulu Nərminə Mustafayeva X hesabında peşə bayramı münasibətilə ilk dəfə Xankəndini ziyarət etdiyini, bu torpaqlara qədəm qoymağın qürurverici hiss olduğunu bildirib.
"Diplomatik xidmət işçilərinin peşə bayramı münasibətilə Xarici İşlər Nazirliyimizin təşkilatçılığı ilə ilk dəfə Xankəndini ziyarət edirəm.
Bir azərbaycanlı olaraq, işğaldan azad edilmiş tarixi torpaqlarımıza ilk dəfə ayaq basmağın həyəcanı təsvir edilə bilməz.
Dövlətimin suverenliyi və əmin-amanlığı uğrunda inamla mübarizə aparan, haqlı mövqeyini və ədalətini dünyaya çatdıran diplomatlarımızın sırasında olmaqdan qürur duyuram.
Bu torpaqlarda davamlı sülhün, dirçəlişin və əmin-amanlığın daim olmasını arzulayıram", - deyə o qeyd edib.

Ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov X hesabında Qarabağın bərpasını yerində görməkdən məmnunluğunu vurğulayıb.

"9 iyul – Azərbaycan Diplomatik Xidmət Günü münasibətilə Xankəndidə diplomatik korpusdakı həmkarlarıma qoşulmaq mənim üçün şərəf idi.
Azərbaycan diplomatiyasını qeyd etməyin Qarabağın dirçəlişini birbaşa görməkdən daha yaxşı yolu yoxdur", - deyə səfir təəssüratlarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev də Xankəndi səfəri ilə bağlı səmimi paylaşım edən diplomatlar siyahısındadır. 

Nəsimi Ağayev Xankəndidəki bərpa işlərini yerində görməyin təsirli və illərlə gözlənilən bir hadisə olduğunu bildirib.
"Azad edilmiş Qarabağda yerləşən canlı Azərbaycan şəhəri – Xankəndidən salamlar.
Şəhərin möhtəşəm şəkildə bərpasının şahidi olmaq son dərəcə təsirlidir.
Diplomatlarımızın gününü azərbaycanlı səfir həmkarlarımla birlikdə burada qeyd etmək mənim üçün şərəfdir.
Bu anı illərlə arzulamışdıq", - o paylaşımında qeyd edib. 

Qeyd edək ki, digər diplomatlarımız da Xankəndi səfəri ilə bağlı paylaşımlar edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri