Xanlar Əliyev: “Avropa çempionatının seçmə mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq”
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
“Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində güclü rəqiblərlə eyni qrupa düşüb”.
Bunu komandanın baş məşqçisi Xanlar Əliyev deyib.
O, püşkatmanın nəticələrini və komandanın hazırlıq planını şərh edib.
“Avropa çempionatının seçmə mərhələsində İrlandiya, Kosovo və Albaniya komandaları ilə eyni qrupda mübarizə aparacağıq. Kifayət qədər güclü rəqiblərlə qarşılaşacağıq. Ümumilikdə rəqibləri daha detallı şəkildə təhlil edib, məlumatları komanda ilə bölüşəcəyik. Yaxın günlərdə keçiriləcək təlim-məşq toplanışlarında səmərəli iştirak etməyə və Avropa çempionatında uğurlu nəticələr göstərməyə çalışacağıq”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
X.Əliyev hazırlıq planını diqqətə çatdırıb:
“Turnirə qədər olan planda ümumilikdə 2 təlim-məşq toplanışı nəzərdə tutulub. Biri ölkə xaricində, biri isə Azərbaycanda təşkil olunacak. Hazırlıq üçün kifayət qədər vaxtımız var. Bu müddətdə yoxlama görüşləri keçirməyi də planlaşdırırıq”.
Mütəxəssis U-17 millisinə təyinatına da toxunub və hədəfləri açıqlayıb:
“Üzərimizə düşən məsuliyyətin fərqindəyik. Bu yaş qrupunda 2 əsas hədəf var. İlk növbədə U-19 və əsas milli komanda üçün oyunçular yetişdirmək və seleksiya işləri aparmaq lazımdır. Eyni zamanda, Avropa yarışlarında iştirak etdiyimiz üçün milli komanda olaraq nəticələri yaxşılaşdırmalıyıq”.
Qeyd edək ki, U-17 Avropa çempionatının seçmə mərhələsində İrlandiya, Kosovo və Albaniya yığmaları ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 01 İyul 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















