Icma.az
close
up
RU
Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat Səbəb AÇIQLANDI

Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat Səbəb AÇIQLANDI

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Milli Məclisin dünən - aprelin 11-də keçirlən iclasında keçmiş hərbi prokuror Xanlar Vəliyevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
İclasda Xanlar Vəliyevin Baş prokurorun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru kimi fəaliyyət göstərdiyi, ədliyyə general-leytenantı, hüquq elmləri üzrə fəlsəfə doktoru olduğu, “Əməkdar hüquqşünas”ı adına layiq görüldüyü, “Vətənə xidmətə görə” I və II dərəcəli ordenlərlə, “Azərbaycan Bayrağı” ordeni ilə, “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildiyi diqqətə çatdırılıb.
Daha sonra Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Səsvermənin nəticəsi açıqlananda məlum olub ki, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasının əleyhinə cəmi 1 deputat səs verib.
Modern.az-ın məlumatına görə, Xanlar Vəliyevin əleyhinə səs verən yeganə deputat REAL Partiyasını partalamentdə təmsil edən Erkin Qədirli olub.

Bəs Erkin Qədirli niyə Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını istəməyib?
Müxbirimiz bunun səbəbini öyrənmək üçün deputat Erkin Qədirli ilə əlaqə saxlamq istəsə də, onunla danışa bilməyib. Əvəzində REAL Partiyasının sədri Natiq Cəfərli sualımız cavablandırıb.

Onun sözlərinə görə, Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ictimaiyyətdə birmənalı qarşılanmadı:

“Çünki ən azından həmin şəxsin adı müxtəlif məsələlərdə neqativ fonda hallanmışdı. O şəxsin adı müxtəlif məsələlərə görə tez-tez mətbuatda neqativ fonda hallanır ki, cəmiyyətdə onun fəaliyyəti ilə bağlı ciddi sorğular olur. Buna görə də REAL-ı təmsil edən deputatın və partiyamızın ümumi fikri bu idi ki, belə bir şəxsin Konstitusiya Məhkəməsi kimi vacib, dövlətin təməllərindən birini təşkil edən bir qurumda təmsil olunması həmin orqana güvənin zəifləməsinə gətirib çıxara bilər. Çünki Konstitusiya Məhkəməsi bütün ölkələrdə ən ali, heç bir şübhə doğurmayan hüquqi instansiyadır. Yəni bizim hamımız üçün ölkımizin konstutision təməllərinin qorunmasının ən son dayağıdır”.

N.Cəfərli qeyd edib ki, Azərbaycanda müxtəlif üsullarla Konstitusiya Məhkəməsinə həm vətəndaşların, həm də bəlli dövlət və hökumət qurumlarının müraciət etmək hüququ var:

“Ona görə də biz düşündük ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bir şəxsin oraya təyinatı həmin qurumun özünün güvənirliyini müəyyən dərəcədə zədələyə bilər. Məhz buna görə də biz əleyhinə səs verdik. Bu qərar ona xidmət edir ki, biz ölkədə dövlət institutlarının güclənməsinə, vətəndaşların həmin institutlara güvəninin daha da artmasına çalışırıq. Bu bizim siyasi partiya olaraq mövqeyimizdir ki, dövlət institutları həmişə güvənilən olmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Aprel 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri