Icma.az
close
up
RU
Xanlar Vəliyevin sirri Bildiyim bir neçə fakt var ki, bunlara görə...

Xanlar Vəliyevin sirri Bildiyim bir neçə fakt var ki, bunlara görə...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin tezliklə vəzifədən gedəcəyi ilə bağlı xəbər yayılıb. Onun Konstitusiya Məhkəməsinin hakimi təyin olunacağı gözlənilir. Bildirilir ki, Xanlar Vəliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra prokurorluq orqanlarında fəaliyyətə başlayıb. Gəncə şəhər prokurorluğunda müstəntiq və prokuror köməkçisi, daha sonra Qazax və Şəmkir rayonlarında prokuror müavini kimi çalışıb. Uzun müddət, yəni 1993-2000-ci illərdə Baş prokurorun müavini vəzifəsini icra edib.

O, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə baş prokurorun müavini – hərbi prokuror təyin olunub və bu günədək həmin vəzifədə xidmət göstərib.

Xanlar Vəliyev necə hərbi prokuror olub? Onu kim əvəz edə bilər?

Globalinfo.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Xanlar Vəliyev yaşına görə çoxdan vəzifədən getməli idi:

“Amma xidmətdə qalmağın son yaşı ilə əlaqədar ona bir il əlavə vaxt verilmişdi. Bu səbəbdən vəzifəsini icra edirdi. Konstitusiya Məhkəməsinin hakimlərinin yaş həddinin 70-dən 75-ə qaldırılması məsələsi gündəmdədir. Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması mümkündür”.

Ekspert “Tərtər işi” məsələsini də xatırladıb:

“Tərtər işi” uzun illər müzakirə mövzusu olacaq. Son vaxtlar bu istiqamətdə əvvəllər buraxılmış səhvlərin düzəldilməsi prosesi həyata keçirilir. Üstündən onilliklər keçsə də, bu məsələ yenə gündəmə gələcək. Bu işin yaranma tarixi, aparılması, məhkəmələrdə əvvəlcə təsdiq edilməsi, bir neçə ildən sonra isə məhkum olunmuş şəxslərə bəraət verilməsi ilə bağlı çoxlu suallar ortaya çıxacaq. Bu sualların əksəriyyəti məhz Xanlar Vəliyevə ünvanlanacaq”.

Üzeyir Cəfərovun sözlərinə görə, Xanlar Vəliyevin hərbi prokuror kimi fəaliyyəti dövründə ciddi nöqsanlar olub:

“Təkcə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü xidməti rəisinin ağır maddələrlə ittiham olunması, külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktından sonra sərbəst buraxılması çox şeydən xəbər verir. Bildiyim bir neçə fakt var ki, bunlara görə Hərbi Prokurorluq birbaşa məsuliyyət daşıyır.

Onu kimin əvəz edəcəyini söyləmək çətindir. Bu seçim rəsmi şəxslər tərəfindən ediləcək. Hüquqşünaslar və hərbi sahəni bilən şəxslər bu vəzifəyə gətirilərsə, daha yaxşı olar. Kimin hansı vəzifəni tutmasından asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və qanun qarşısında məsuliyyətini dərk etməlidir. Formal xarakterli tədbirlərdən uzaq durmaq lazımdır.

Fikrimcə, Xanlar Vəliyev baş prokurorun müavini və hərbi prokuror olduğu müddətdə daha çox təbliğata işləyirdi. İllər keçdikcə onun necə bir hərbi prokuror olması haqqında yekun qənaətə formalaşacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri