Icma.az
close
up
RU
Xanyurdu yenidən dirçəlir: 30 ildən sonra Xocalı öz sahiblərinə qovuşdu

Xanyurdu yenidən dirçəlir: 30 ildən sonra Xocalı öz sahiblərinə qovuşdu

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”


İşğaldan azad edilmiş ərazilərə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış davam etdirilir. Ötən gün respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Xanyurdu kəndinə yola salınıb.


Bu mərhələdə Xanyurdu kəndinə 19 ailə - 62 nəfər köçürülür. Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.


Xocalı rayonunun Xanyurdu kəndinə qayıdan kənd sakini Məhəbbət Cavadov doğma yurdda öz ocaqlarını yenidən yandıracaqlarını bildirib. O, təkrar məskunlaşdıqları kəndi adına layiq qaydada inkişaf etdirəcəklərini söyləyib: “Dövlətimiz o zaman indiki qədər qüdrətli olsaydı, uzun illər məcburi köçkün həyatı yaşamazdıq. Kəndimiz işğal ediləndə düşmənə ciddi müqavimət göstərdik, amma gücümüz yetərli olmadığı üçün geri çəkildik. Bu müddət ərzində yenidən kəndimizə dönəcəyimizə inamımızı heç vaxt itirmədik. Şükür, çətin günlər artıq geridə qalıb. İndi kəndimizə qayıdırıq, öz ocağımızı yandırıb, yuvamıza yığılırıq. Kəndimizi adına layiq şəkildə - Xan yurdu kimi inkişaf etdirəcəyik”.

Məlumat üçün bildirək ki, “Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan əhalinin sosial rifahının təmin olunması prioritet məsələlərdən biridir. Dövlət Məşğulluq Agentliyinin bu istiqamətdə əsas məqsədi “Məşğulluqdan məskunlaşmaya” yanaşması ilə qayıdan sakinlərin yaşayışının davamlılığını və rifahını dəstəkləməkdir. Həyata keçirilən funksional istiqamətlərdən biri kimi özünüməşğulluq proqramının icrası həm regionda dayanıqlı məşğulluğun təminatı, həm sahibkarlığın inkişafı, həm də fərdi məşğulluğun yerli iqtisadiyyatla vəhdəti baxımından müsbət təsirə malikdir. Artıq öz doğma yurduna köçürülmüş sakinlərdən 415 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Həmin şəxslər istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə aktivlərlə təmin olunublar.


“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu “Sherg.az”a açıqlamasında bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş doğma torpaqlara köçürülməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi və bütün ehtiyaclarının qarşılanması baxımından mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu proses təkcə fiziki məskunlaşma deyil, həm də həmin insanların doğma yurdlarına qayıdaraq iqtisadi və mədəni həyatın bərpasında fəal iştirakına imkan yaradır: 

“Eyni zamanda, bu proqram yeni geosiyasi reallıqlar fonunda Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara geri dönməsini nəzərdə tutan konseptual bir təşəbbüsdür. O, yalnız məskunlaşmanı deyil, həm də regionun sosial-iqtisadi inkişafını və vətəndaşların doğma yurdlarına yenidən inteqrasiyasını təmin edən strateji bir proqram kimi qiymətləndirilir. Konkret olaraq Xocalıya qayıdış prosesinə gəldikdə isə onu deyə bilərəm ki, Azərbaycan tarixində mühüm yer tutan bir şəhərdir və son illərin ən böyük faciəsi bu şəhərdə yaşanıb. Xocalı ermənilərin vəhşicəsinə dinc insanları öldürdüyü, öz evlərindən, dədə-baba torpaqlarından didərgin saldığı günləri daim bizə xatırladır. Xocalıya qayıdış keçən ilin 19-20 sentyabr ayında həyata keçirilən uğurlu antiterror əməliyyatı, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz iradəsi, məğlubedilməzliyi, prinsipiallığının, güclü diplomatiyasının təntənəsidir. Bütün bunlar çox böyük uğur və nailiyyətdir. Əlavə sözə ehtiyac yoxdur! Allah dövlətimizi, xalqımızı, ordumuzu və Ali Baş Komandanımızı qorusun. Müzəffər Ali Baş Komandan tərəfindən Xocalıda, Xankəndidə və digər ərazilərimizdə ucaldılan şanlı bayrağımızın bu torpaqlarda günahsızcasına şəhid edilmiş övladlarımızın, şəhidlərimizin əziz xatirəsinə ən böyük töhfədir. Xocalıda indi Azərbaycan bayrağı qürurla dalğalanır. Erməni vandalizminin bütün izləri silinib. Xocalının əsl sakinlərinin qayıdışı, öz-dədə baba evlərində rahat yaşaması üçün zəruri tədbirlər, tikinti-quruculuq işləri həyata keçirilir. Ümumiyyətlə, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə daha da sürətlənir, “Böyük Qayıdış” proqramı uğurla icra olunur. Şəhərin ətrafındakı zəngin kənd təsərrüfatı torpaqları, kiçik aqroparkların yaradılması və müxtəlif tikinti materialları istehsalı, yüngül sənaye və qida sənayesi obyektlərinin qurulması ilə şəhərin iqtisadiyyatı şaxələndiriləcək. Xocalının kənd təsərrüfatı potensialı yüksəkdir və bu sahədə inkişafla şəhər daxilində əhalinin məşğulluğunu artırmaq mümkündür. "Böyük Qayıdış" proqramı Xocalı şəhərinin və ətraf bölgələrin iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Bu proqram çərçivəsində yeni infrastruktur layihələrinin həyata keçirilməsi, şəhərin sosial və iqtisadi infrastrukturlarının yenilənməsi və genişləndirilməsi nəzərdə tutulub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 15 Avqust 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri