Icma.az
close
up
RU
Xaos, qarışıqlıq və daimi lider dəyişikliyi...

Xaos, qarışıqlıq və daimi lider dəyişikliyi...

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

10-cu tur da maraqlı mübarizə şəraitində keçdi. Yüksək məhsuldarlıq, əzmkar qələbələr, Abubakar fırtınasının davamı, “Turan Tovuz”un dönüşü və “Qarabağ”ı növbəti dəfə “taxtdan salması” – bir sözlə, üzərində dayanmalı olduğumuz detal çoxdu.

Tur “Qarabağ”ın qələbəsi və növbəti dəfə zirvəni ələ keçirməsi ilə başladı. Hərçənd cümə günü keçirilən oyunun əvvəlində Ronaldo penaltini qola çevirsəydi, “İmişli” meydandan xalla da ayrıla bilərdi. Yeri gəlmişkən, Qurban Qurbanov ənənəsinə xilaf çıxaraq dəyişikliklərə çox gec əl atdı və oyundan sonra bunu futbolçularını meydanda daha çox saxlamaq istəyi ilə izah etdi. Bu, “Çelsi” ilə oyunun baş məşqi idi. Prinsipcə pis alınmadı. Amma görək premyera necə alınacaq...
Şənbə günü “Zirə” iki dəfə hesabda geri düşdü, amma hər dəfə də nəinki hesabı bərabərləşdirməyi, hətta qələbə topunu vurmağı da bacardı. “Karvan-Yevlax” isə təcrübəsizlikdən və qeyri-sabitlikdən əziyyət çəkir. Məsələn, qapıçı Kamran İbrahimov “Neftçi” qarşısında divə çevrilir, “Zirə” ilə oyunda isə az qala bütün zərbələrə boyun əyir. Belə oyunla elitada qalmaq çox çətin görünür.
Sadəcə, yevlaxlılar “Kəpəz” kimi qonşusunun olmasına görə dua etməlidi. Gəncəlilər “Neftçi” önündə varlığını ortaya qoya bilmədi. Bakılıların get-gedə daha yaxşı oyun göstərməsi öz yerində, sadəcə, meydana çıxan komandalar fərqli çəki dərəcəsində çıxış edən boksçuları xatırladırdı. Və Abubakar fərqi də var. Yerli hücumçulara onun oyununa diqqətlə baxmağı məsləhət görürəm. Kamerunlu ulduz ideal formada olmasa da, epizod başa çatana qədər mübarizə aparır, necə olur-olsun, qapıya yol tapmağa çalışır. Allah da beləsini mükafatlandırır!
“Turan Tovuz” doğma şəhərə döndü, “Şamaxı” üzərində əzmkar qələbə qazanmaqla yenidən zirvəni ələ keçirdi, özü də 6 minə yaxın azarkeşin gözü önündə. Bura qədər hər şey yaxşı getdi. Amma yeni salınan qazonun durumu, sadəcə, təəssüf doğurdu. Çox güman, “Turan Tovuz” rəhbərliyi tələsik addımın fəsadını hiss edəcək. Hər halda, gözləmək daha yaxşı olardı. Bazar günü keçirilən 2-ci oyunda “Araz-Naxçıvan” büdrədi. İddialı naxçıvanlılar geri düşdükləri oyunun axarını dəyişə bilsələr də, Kehatın ikinci qolundan sonra toparlana bilmədilər. Belədə bir pillə geriləyən komanda hətta 5-ci yeri də əldən vermək təhlükəsi ilə üzləşdi.
Axı “Sabah” meydana bütün iddialılardan sonra çıxdı. Gözlənildiyi kimi, “bayquşlar” “Qəbələ” ilə oyunda qələbə qazandı. Valdas Dambrauskasın komandası hazırda 18 xalla 4-cü pillədə qərarlaşıb. Daha bir mümkün qələbə “Sabah”ı zirvəyə şərik edəcək.
Misli premyer-liqası
1-ci dövrə, 10-cu tur
31 oktyabr
Qarabağ – İmişli 2:0
1 noyabr
Karvan-Yevlax – Zirə 2:3
Neftçi – Kəpəz 5:1
2 noyabr
Turan Tovuz – Şamaxı 2:1
Sumqayıt – Araz-Naxçıvan 3:2
3 noyabr
Sabah – Qəbələ 1:0

1. Turan Tovuz 10 7 0 3 15-8 21
2. Qarabağ 9 6 2 1 15-3 20
3. Zirə 10 5 4 1 18-12 19
4. Sabah 9 5 3 1 13-5 18
5. Sumqayıt 10 5 2 3 16-11 17
6. Araz-Naxçıvan 10 4 4 2 16-16 16
7. Neftçi 10 3 6 1 14-7 15
8. İmişli 10 3 3 4 10-11 12
9. Şamaxı 10 2 4 4 11-13 10
10. Qəbələ 10 1 2 7 8-14 5
11. Karvan-Yevlax 10 1 2 7 8-22 5
12. Kəpəz 10 1 0 9 7-29 3
Bombardirlər: Ba-Muaka Simakala (Araz-Naxçıvan) – 6, Coy-Lens Mikels (Sabah) – 5, Bassala Sambu (Neftçi) - 4.
ORXAN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Noyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri