Xaqani ticarət mərkəzinin qarşısını tualetə çevirən cərimələndi: Böyrəklərimdə problem var
Icma.az bildirir, Lent az portalına istinadən.
Bakının mərkəzində küçədə təbii ehtiyacını ödəyən gənc oğlan cərimələnib.
Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu ərazisində yerləşən “Xaqani” ticarət mərkəzinin qarşısında baş verib.
24 yaşlı Yusif Səlimov (ad və soyad şərtidir) ticarət mərkəzinin qarşısında ətrafdakılara hörmətsizlik edərək, təbii ehtiyacını ödəyib. Bunu görən polis əməkdaşları ona yaxınlaşıb irad bildiriblər. Yusif isə mübahisə edərək, xuliqanlıq edib.
Bu hərəkətinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub.
İnzibati xəta törədən şəxs ifadəsində bildirib ki, böyrəklərində problem olduğu üçün ağrısı olub və məcburi şəkildə ictimai məkanda təbii ehtiyacını ödəyib. O, əməlindən peşman olduğunu deyib və barəsində cərimə növündə cəza verilməsini xahiş edib.
Səbail rayon Məhkəməsinin qərarı ilə Yusif Səlimov barəsində 50 manat miqdarında inzibati cərimə cəzası təyin edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 01 Noyabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















