Icma.az
close
up
RU
Xarəzm vilayətinə mediatur təşkil olunub FOTOLAR

Xarəzm vilayətinə mediatur təşkil olunub FOTOLAR

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi” çərçivəsində” noyabrın 4-dən başlayaraq Azərbaycan media nümayəndələrinin Özbəkistan Respublikasının Xarəzm vilayətinə səfəri təşkil olunub.

Səfər çərçivəsində media nümayəndələri Xivə və Ürgənc şəhərlərində bir sıra mədəni, təhsil və sənaye müəssisələrini ziyarət ediblər.

İlk gün Xivə şəhərində yerləşən “Arda Khiva” turizm kompleksi və “Nurullaboy” saray kompleksi ilə tanışlıq olub. Burada jurnalistlərə turizm infrastrukturunun inkişafı, regionun müasir turizm strategiyası və tarixi abidələrin bərpası barədə məlumat verilib. Həmçinin Özbəkistanın ilk fotoqrafı Xudoyberqan Devonovun irsini əks etdirən sərgiyə baxış keçirilib.

Mediaturun ikinci günü “İçan-Qala” Dövlət Muzey-Qoruğuna səfərlə başlayıb. Jurnalistlər UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmiş bu tarixi məkanda Xivənin memarlıq irsi və abidələrin qorunması istiqamətində görülən işlərlə tanış olublar. Daha sonra nümayəndələr Prezident Məktəbi və Mamun Xorazm Akademiyasına baş çəkiblər. Burada tədris prosesi, elmi fəaliyyət və gənclərin inkişafına yönəlmiş layihələr barədə məlumat verilib. Günün sonunda Xivə xalça fabrikinə səfər təşkil olunub, istehsal prosesi və məhsulların ixrac imkanları ilə tanışlıq olub.

Üçüncü gün media nümayəndələri “Khiva Teks” tekstil fabriki, “Tillo Domor” süd məhsulları müəssisəsi və Ürgənc şəhərindəki “RANCH” Texnologiya Universitetinin yeni kampusunu ziyarət ediblər. Bu müəssisələrdə sənaye və təhsil sahəsində tətbiq edilən müasir texnologiyalar və innovativ yanaşmalar barədə məlumat verilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri