Icma.az
close
up
RU
Xaricdə oxuyacaq uşaqların attestatı ilə bağlı YENİLİK

Xaricdə oxuyacaq uşaqların attestatı ilə bağlı YENİLİK

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi,  tanınmış müğənni Murad Arif Elm və Təhsil Nazirliyinə müraciət edərək elektron attestat sistemi ilə bağlı yaranan problemin həllini istəyib.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, sənədlərin elektron qaydada verilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinin bu ildən müvafiq sərəncamı var.

Ekspert qeyd edib ki, sistemdə müəyyən boşluqlar olsa da, xaricdə təhsil almaq istəyən məzunların sənədlərinin gecikməməsi üçün məktəb direktorlarına əvvəlcədən müvafiq tapşırıqlar verilib: pizza hut

“Siz bilirsiniz ki, bütün məktəb direktorlarına, xüsusilə Bakı şəhəri üzrə olan məktəb direktorlarına qabaqcadan belə bir tapşırıq var idi ki, övladları xaricdə oxumaq istəyən valideynlərin işləri yubanmasın. Bir neçə məktəb direktorunun artıq sosial şəbəkələr üzərindən iş başında olduqları, yəni xaricdə təhsil almağa gedənlərin attestatlarını Bakı Şəhəri üzrə Təhsil İdarəsindən almaları üçün təşəbbüs göstərdikləri görünürdü”.

M. Məmmədlinin sözlərinə görə, Murad Arifin övladı Bakı şəhərində təhsil alırsa, məsələnin həlli üçün birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və ya övladının oxuduğu məktəbə müraciət etmək mümkündür.

“Murad Arifi bilirəm ki, o, sosial şəbəkədə kifayət qədər fəal və aktiv biridir. İnanmıram ki, bu kimi məsələdə o acizlik çəksin. Yaxşı olardı ki, bu məsələ ilə bağlı – əgər övladı Bakı şəhərində oxuyursa – birbaşa Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və yaxud da övladının təhsil aldığı məktəbə müraciət etsin. Əgər müraciət etsəydi, əlbəttə ki, bu problemi yəqin ki, həll etmiş olardı”.

Ekspert hesab edir ki, sənətçi attestat, qiymət cədvəli və apostilin xaricdə təhsil üçün tamamilə elektron qaydada təqdim ediləcəyini düşünərək bu problemlə üzləşib.

“Böyük ehtimalla o arxayın olub ki, həm apostil, həm də qiymət cədvəlini və attestatı elektron qaydada xaricdə təhsil ilə bağlı təqdim edə biləcək. Amma əvvəlcədən də sosial şəbəkələr üzərindən belə bir fikir yayılmışdı ki, xaricdə təhsil almağa gedən şagirdlərin attestatları məktəb rəhbərliyi tərəfindən hazırlanır və Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gecikmədən onlara verilməsi təmin olunur”.

M. Məmmədli vurğulayıb ki, Murad Arif aidiyyəti qurumlara və məktəb rəhbərliyinə müraciət etsəydi, məsələnin həlli daha asan ola bilərdi.

“Düşünürəm ki, Murad Arif bir cəhd, bir təşəbbüs göstərsəydi, məktəblə işi bu qədər çətinə düşməzdi”, – deyə ekspert əlavə edib.

Aytac Əliyeva


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Avqust 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri