Icma.az
close
up
RU
Xaricdə oxuyan tələbələr təhsillərini Azərbaycanda davam etdirmək istəyir, amma...

Xaricdə oxuyan tələbələr təhsillərini Azərbaycanda davam etdirmək istəyir, amma...

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xaricdə təhsil alan və Azərbaycandakı universitetlərə köçürülmək üçün müraciət edən tələbələrə problem yaradılır. Onlar süni əngəllərlə üzləşdiklərini deyirlər.

Bizimyol.info xəbər verir ki, ali təhsilini öz ölkəsində davam etdirmək istəyən çoxsaylı gənclər aylardır davam edən problemin həlli istiqamətində heç bir addım atılmamasından gileylənir. Onlar xüsusən xüsusən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən narazıdır. Deyirlər ki, bu qurum qeyri-şəffaf və ziddiyyətli qərarlar verir. Gənclərin sözlərinə görə, onların qanuna uyğun şəkildə müraciətlərinə konkret əsaslandırma olmadan, ümumi sözlərlə kütləvi şəkildə imtina cavabı verilir. Onlar şikayətlənir ki, xarici ölkələrdə yüksək imtahan nəticələri ilə təhsil aldıqları halda, təhsillərini öz vətənlərində davam etdirmək imkanından məhrum olurlar.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qaydalara əsasən, tələbə təhsil aldığı müddətdə təhsil proqramı ilə həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamalıdır. Yəni proqram üzrə normal hesab edilən dərslərin ən azı 50 faizini keçə bilməlidir. Bəzi hallarda tələbələr minimal sayda dərs yükü götürüb, təhsillərini çox uzun müddətə bitirirlər. Bu da ali təhsildə tətbiq olunan normativlərə uyğun deyil.

Agentlikdən vurğulanıb ki, qüvvədə olan təhsil standartına əsasən normativ təhsil müddəti 4 il və hər tədris ili üçün 60, hər semester üçün isə 30 kredit olaraq müəyyən edilir:

“Xarici ölkələrdən gələn bütün tələbələr oxuduqları müəssisəyə mərkəzləşdirilmiş imtahanla qəbul olmalıdır. Bu tələblə bağlı bir istisna var, əgər tələbənin oxuduğu müəssisə dünya universitetlərinin reytinqində top 500-də olubsa. Türkiyədə 2023-cü ildən mərkəzləşmiş YÖS imtahanları keçirilir. Həmin ilin sonundan universitetlərin keçirdikləri lokal imtahanlar ləğv edilib. Həm 2024-cü ildə, həm də bu il yalnız mərkəzləşmiş imtahan nəticələri qəbul edilir. Heç bir ölkənin universitetləri tərəfindən təşkil edilmiş imtahanların nəticələri qəbul edilmir”.

Beynəlxalq təhsil üzrə ekspert Fuad Hacıyev təhsilini öz ölkəsində davam etdirmək istəyən azərbaycanlı tələbələrə kütləvi imtina cavablarını qanunsuz və əsassız hesab edir. Onun sözlərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin imtina cavablarında göstərilənlər heç bir ciddi arqumentə əsaslanmır: “Birinə deyirlər, beynəlxalq imtahan nəticən yoxdur, başqa birinə deyirlər, kreditin düz deyil, birinə deyirlər, giriş-çıxışında problem var. Ən yüngül şəkildə ifadə etsəm, bu məsələdə qərəzli yanaşma var. Əgər bu tələbənin şansı yox idisə, o zaman Agentlik buna əvvəldən niyə sertifikat verirdi? İkincisi, deyirlər ki, əgər tələbə ilk 500-lüyə düşən universitetdə oxuyubsa, bu halda, köçürülməyə icazə verilər. İlk 500-lükdə olan universitetdə oxuyan tələbə niyə gəlib Azərbaycandakı heç ilk 1000-likdə olmayan universitetdə oxusun? “Kembric”də oxuyan gəlib niyə “Kooperasiya”da oxusun?”

Fuad Hacıyev qeyd edib ki, bəzi tələbələr əvvəlki illərdə Azərbaycanda Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanlarında topladıqları ballar vasitəsilə təhsillərini burada davam etdirmək istəyiblər. Lakin onların da köçürülməsinə problem yaradılıb: “Bunlar köçürmədə DİM-in imtahanlarının nəticələrini də qəbul eləmirlər. Məsələn, bir tələbə var, onun DİM-in imtahanında 400 balı olub. Gəlib təhsilini Azərbaycanda hansısa universitetdə davam etdirmək istəyir. O universitetə qəbul üçün 250-300 bal lazımdır. Bunlar deyir ki, yox, biz DİM imtahanının nəticəsini beynəlxalq imtahan kimi qəbul eləmirik. Siz öz imtahanınızın nəticəsini özünüz qəbul eləmirsinizsə, öz nəticələrinizə özünüz hörmət etmirsinizsə, o zaman tələbədən nəyisə necə tələb edə bilərsiniz?”

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri