Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər, amma...
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan universitetlərində ixtisas seçimi başa çatdı. 61516 planlaşdırılmış yerə qarşı 87139 abituriyent seçim edib. Bu rəqəmlər göstərir ki, 25623 nəfər qəbuldan kənarda qala bilər".
Adalet.az xəbər verir ki, bunu təhsil eksperti Məzahir Məmmədli deyib.
"Təəssüf ki, artıq indidən xaricdə “atestatla qəbul” vədi verən müxtəlif şirkətlər də aktivləşməyə başlayıb.
Xaricdə təhsil almaq, əlbəttə, yaxşı seçim ola bilər. Amma burada əsas məsələ uşağı sadəcə xarici universitetə yerləşdirmək deyil. Universitetin tanınması, diplomun gələcəkdə tanınması, təhsilin keyfiyyəti və tələbənin sonrakı karyera imkanları əvvəlcədən araşdırılmalıdır.Əks halda bu gün “universitetə qəbul oldun” sevinci yaşayan gənc sabah diplomunun tanınması, təhsilin davamı və ya işə qəbul zamanı ciddi problemlərlə üzləşə bilər.Valideynlərə çağırışımız: tələsik qərar verməyin. “100% qəbul”, “imtahansız qəbul”, “atestatla universitetə yerləşdirmə” kimi vədlərə kor-koranə inanmayın", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 20 Avqust 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















