Icma.az
close
up
RU
Xaricdə təhsil şirkətlərinin boş vədlərinə aldanmayın Ekspertdən MÜRACİƏT

Xaricdə təhsil şirkətlərinin boş vədlərinə aldanmayın Ekspertdən MÜRACİƏT

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Attestatla dünyanın əksər ölkələrində, xüsusilə də xarici tələbələr üçün ali təhsil müəssisələrinə qəbul həyata keçirilir. Azərbaycanda da xarici tələbələrin universitetlərə attestatla qəbulu mümkündür və bu, qanunvericiliyə zidd deyil. Lakin problem azərbaycanlı gənclərin xarici ali təhsil müəssisələrinə attestatla qəbul olunması zamanı ortaya çıxan çətinliklərlə bağlıdır".

Bu fikrləri Redaktor.az-a təhsil eksperti Ramin Nurəliyev attestatla xaricdə təhsil zamanı yaranan problemlərdən danışarkən qeyd etdi.

"Bu problemlərin mahiyyəti ondan ibarətdir ki, bəzi xarici universitetlərdə təhsil alan gənclərimiz məzun olduqdan sonra diplomlarının Azərbaycanda tanınması zamanı ciddi çətinliklərlə üzləşirlər. Belə halların yaşanmaması üçün gənclər və valideynlər ilk növbədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəsmi internet səhifəsində yerləşdirilən tanınmayan və problemli ali təhsil müəssisələrinin siyahısı ilə tanış olmalıdırlar. Əgər seçilməsi planlaşdırılan universitet həmin siyahıda yer alırsa, tələbə bilməlidir ki, məzun olduqdan sonra diplomu tanınmayacaq. Bu halda həmin universitetə üz tutmaq məqsədəuyğun deyil və valideynlər də bu məsələdə xüsusi diqqət göstərməlidirlər", - deyən ekspertin sözlərinə görə, bəzi xaricdə təhsil şirkətləri maddi maraq naminə valideynləri və ya tələbələri aldadaraq problemli universitetlərə yönləndirirlər:

"Hazırda Ukraynada təhsil alan gənclərimiz bilməlidirlər ki, onların diplomları Azərbaycanda tanınmayacaq. Eyni zamanda, Türkiyədə qiyabi formada təhsil alan tələbələrin diplomları da tanınmayacaq. Gənclər bəzən düşünmədən seçim edir, illərlə vəsait xərcləyir, lakin sonda diplom tanınmadıqda narazılıq yaranır. Halbuki bu məsələ əvvəlcədən araşdırılsa, həm maddi, həm də vaxt itkisi yaşanmaz".

Nurəliyev qeyd etdi ki, xüsusilə MDB məkanında yerləşən ali təhsil müəssisələrini seçərkən gənclər daha diqqətli olmalıdırlar:

"Rusiya, Ukrayna və Gürcüstandakı bəzi universitetlərin akkreditasiyası ilə bağlı ciddi problemlər mövcuddur. Gürcüstanda fəaliyyət göstərən bir sıra ali məktəblər Rusiya və Ukrayna universitetlərinin filiallarıdır və bu müəssisələrin diplomları konkret olaraq tanınmır.

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycanda da bəzi ali təhsil müəssisələri var ki, onlar Türkiyənin müvafiq təhsil qurumları tərəfindən tanınmır. 

Əsas məqam ondan ibarətdir ki, gənclər və valideynlər seçim etməzdən əvvəl ciddi araşdırma aparmalı, xaricdə təhsil şirkətlərinin boş vədlərinə aldanmamalıdırlar. Çünki dörd il təhsil alıb geri qayıtdıqdan sonra həmin şirkətləri tapmaq mümkün olmur və nəticədə zərər yalnız tələbəyə və valideynə dəyir. Belə diplomlar isə çox vaxt sadəcə kağız parçasından başqa bir şey olmur".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri