Icma.az
close
up
RU
Xaricdəki soydaşlarımız, tələsin! Qeydiyyat BAŞLADI

Xaricdəki soydaşlarımız, tələsin! Qeydiyyat BAŞLADI

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq üçüncü ildir ki, xaricdə yaşayan soydaşlarımız üçün həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat davam edir. 

Modern.az Azərbaycan Gənc Müəllimlər Assosiasiyasına istinadən xəbər verir ki, layihənin məqsədi xaricdə yaşayan soydaşlarımızın ana dilini öyrənməsinə, milli mədəniyyətimizi, tariximizi və coğrafiyamızı tanımasına dəstək göstərməkdir. Layihə iştirakçıları yalnız dil biliklərini inkişaf etdirmir, həm də öz mədəni irslərini mənimsəyir və Vətənlə olan bağlarını daha da gücləndirirlər.

Layihədə iştirak etmək istəyən şəxslər yaş qruplarına (6–10 yaş – kiçik, 11–13 yaş – orta, 14–18 yaş – yuxarı) və dil bilik səviyyələrinə (başlanğıc, orta, yüksək) uyğun olaraq dərs qruplarına bölünəcəklər. Bunun üçün əvvəlcədən təşkil ediləcək qısa dil yoxlamasından keçmək tələb olunur.

Dərslər təcrübəli müəllimlər tərəfindən onlayn formada, həftədə 2–3 dəfə interaktiv şəkildə aparılacaq. Tədris prosesi 15 sentyabr 2025-ci ildən başlayacaq. 

Qeydiyyat üçün link: //forms.gle/hxcmFNEujsQ7TN5P6

Son müraciət tarixi: 14 sentyabr 2025-ci il.

Rəsmi sayt: //anadili.agma.az/

Əlaqə: +994 51 226 71 21 (“WhatsApp”, “Telegram”).

Qeyd edək ki, proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyəsinə uyğun sertifikat təqdim olunacaq.

Xatırladaq ki, layihə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri