Xaricdən Azərbaycana göndərilən humanitar yüklər 2 dəfədən çox azalıb
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu ilin ilk 8 ayında xaricdən Azərbaycana 25 milyon 727,7 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana göndərilən humanitar yük 2 dəfədən çox azalıb. Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycana xaricdən 55 milyon 396,8 min dollar humanitar yük, təmənnasız kömək və texniki yardım daxil olub.
Onu da bildirək ki, bu ilin ilk 8 ayı ərzində Azərbaycandan xarici ölkələrə 3 milyon 198 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib. Xaricə göndərilən humanitar yük, təmənnasız kömək və texniki yardımlar ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb. Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycandan xarici ölkələrə 3 milyon 581,7 min dollar dəyərində humanitar yük, təmənnasız kömək və texniki yardım göndərilib.
Elnur Əli

Xaricdən Azərbaycana göndərilən pulun miqdarı niyə azalıb?
11 Dekabr 2024 12:36
Xaricdən Azərbaycana göndərilən pul niyə azalır?
28 Dekabr 2024 14:45
Azərbaycana xaricdən pul köçürmələri 20% dən çox azalıb
29 May 2025 11:30
Azərbaycana xaricdən pul köçürmələri 31%dən çox azalıb
26 Dekabr 2024 10:25

