Icma.az
close
up
RU
Xaricdən əldə edilən dividend gəlirlərə görə vergi dərəcəsi 5 faizə endirilir

Xaricdən əldə edilən dividend gəlirlərə görə vergi dərəcəsi 5 faizə endirilir

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Məlum olduğu kimi, Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, yeni ildən xaricdən əldə olunan dividend gəlirlərinə tətbiq olunan vergi dərəcəsi üç dəfəyədək azaldılır.  

Mövcud qanunvericiliyə əsasən, xarici ölkələrdən dividend gəliri əldə edən fiziki şəxslər gəlir vergisi bəyannaməsi təqdim etməli və həmin gəlirdən 14 faiz dərəcəsi ilə vergi ödəməli idilər. Eyni zamanda, xaricdə tutulmuş vergi məbləği Azərbaycanda hesablanan vergi məbləği nəzərə alınmaqla tətbiq olunurdu. Yeni dəyişikliklərə əsasən isə gələn ildən xaricdən əldə olunan dividend gəlirləri üzrə vergi dərəcəsi 14 faizdən 5 faizə endirilir. Bu qərarın əsas məqsədi vətəndaşları xaricdə əldə etdikləri gəlirləri könüllü şəkildə vergi orqanlarına bəyan etməyə təşviq etməkdir. 

Bu dəyişiklik nəticəsində tətbiq edilən dərəcənin azalmasına baxmayaraq, dövlət büdcəsinə daxilolmaların ümumi həcminin artması ehtimal edilir. Eyni zamanda, xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyası üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü isə kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən daha səmərəli edəcək.

Xaricdən dividend gəliri əldə edən fiziki şəxslər indiyədək nisbətən yüksək vergi yükü ilə üzləşirdilər. Vergi dərəcəsinin kəskin şəkildə aşağı salınması bu kateqoriyaya aid şəxslərin maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Ekspertlər hesab edirlər ki, bu addım xaricdə investisiya fəaliyyəti ilə məşğul olan vətəndaşların gəlirlərini rəsmi qaydada bəyan etməyə marağını artıracaq.

Bu mexanizm vasitəsilə xaricdə gəlir əldə edib bunu bəyan etməyən şəxslər müəyyən olunur

Qeyd edək ki, Azərbaycanın bir sıra ölkələrlə ikitərəfli və çoxtərəfli sazişlər çərçivəsində vergi məlumatlarının mübadiləsini həyata keçirir. Bu mexanizm vasitəsilə xaricdə gəlir əldə edib bunu bəyan etməyən şəxslər müəyyən olunur, onların vergi uçotuna alınması təmin olunur və ödənilməmiş vergilər dövlət büdcəsinə bərpa edilir. Qanunvericiliyə əsasən, fiziki şəxslər xaricdə əldə etdikləri dividend gəlirlərini bəyan etməli və vergi uçotunda olmalıdırlar. Əgər şəxs xaricdə tutulmuş vergi ilə bağlı təsdiqedici sənədi təqdim edərsə, Azərbaycanda əksər hallarda əlavə vergi öhdəliyi yaranmır.

Dəyişiklik sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin sözlərinə görə, bu dəyişikliklər həm vergi inzibatçılığının sadələşdirilməsini, həm də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını hədəfləyir. Qlobal trendlər, rəqəmsal transformasiya və fiskal siyasətin dayanıqlılıq prinsipləri nəzərə alınmaqla hazırlanan bu təkliflər, vergi ödəyicilərinin yükünün optimallaşdırılmasına və dövlət gəlirlərinin sabitliyinin təmin edilməsinə xidmət edir: “Əsas məqsəd investisiya mühitinin, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının, büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir. Dəyişiklik çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək. Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək”.

Bu, “kölgə iqtisadiyyatı”nı azalda bilər

İqtisadçı ekspert Razi Abasbəylinin sözlərinə görə, vergi dərəcəsinin azalması fiziki şəxslərin xaricdən əldə etdikləri gəlirləri daha rahat və sərfəli şəkildə bəyannamə etməsinə şərait yaradacaq. Bu, vergi ödəyicilərinin könüllü gəlir bəyannaməsi vermə stimulunu artıracaq və “kölgə iqtisadiyyatı”nı azalda bilər. Həmçinin, aşağı vergi dərəcəsi xaricdə saxlanılan vəsaitlərin ölkəyə qaytarılmasını təşviq edərək investisiyaların daxili bazara axınını sürətləndirə bilər: “Bir çox ölkələrdə xaricdən əldə edilmiş dividend gəlirlərinə tətbiq olunan vergi dərəcələri daha yüksəkdir. 5 faizlik bir vergi dərəcəsi vergi yükünü xeyli aşağı səviyyəyə endirir və Azərbaycanı investorlar üçün daha cazibədar ölkə halına gətirə bilər. Bu da ölkənin beynəlxalq investor mühitində rəqabət qabiliyyətini artırır”.

Bu təkcə vergi yükünü azaltmır,  xaricdən gələn gəlirlərin rəsmiləşdirilməsini təşviq edir

Mövcud qanunvericiliyə əsasən, qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur. Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər, fərdi sahibkarlar və ya vergi orqanında uçotda olan qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən, mediatorlara mediasiya təşkilatları tərəfindən mülki-hüquqi müqavilələr əsasında ödənilən xidmət haqlarından habelə vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərin həmin qurum tərəfindən ödənilən gəlirlərindən vergi 14 faiz dərəcə ilə tutulur. 

Vergi dərəcəsinin endirilməsi dövlət büdcəsinə daxilolmalarda qısa müddətdə bir azalma ilə nəticələnə bilər. Lakin ekspertlər vurğulayır ki, bu azalma şəffaf vergi bəyannamələrinin artması və daha çox vergi ödəyicisinin sistemə daxil olması hesabına uzun müddətdə kompensasiya oluna bilər: “Aşağı vergi dərəcəsi vergi inzibatçılığını da sadələşdirir və vergi idarələri üçün resurs yükünü azaldır. Məsələn, fiziki şəxslər artıq daha az mürəkkəb hesablamalarla vəsaitlərini hesabatlara daxil edə biləcəklər. Əgər xaricdə dividend gəlirlərindən artıq vergi tutulubsa, yerli vergi dərəcəsinin aşağı olması şəraitində ikili vergitutmanın aradan qaldırılması daha asan olacaq və bu da beynəlxalq müqavilələrə əsaslanan vergi kredit mexanizmlərini daha səmərəli edəcək. Nəticə etibarı ilə vergi dərəcəsinin 14 faizdən 5 faizə endirilməsi təkcə vergi yükünü azaltmır, həm də xaricdən gələn gəlirlərin rəsmiləşdirilməsini təşviq edir. Xarici investorlar və vətəndaşlar üçün Azərbaycanı daha cəlbedici edir, iqtisadi fəaliyyətin şəffaflaşmasına xidmət edir. 

Bu dəyişiklik ümumilikdə ölkədə vergi mədəniyyətini yüksəltmək və investisiya mühitini yaxşılaşdırmaq məqsədi daşıyır”. 

Aşağı vergi dərəcəsi psixoloji baxımdan da mühüm rol oynayır. Çünki vergi ödəyiciləri gəlirlərinin böyük hissəsini itirməyəcəklərini bildikdə, vergi orqanları ilə əməkdaşlığa daha meyilli olurlar. Bu isə könüllü vergi ödəmə səviyyəsinin yüksəlməsinə səbəb olur.

Vergi siyasətində yumşaldıcı yanaşmaların əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının həcmini azaltmaqdır: “Xaricdən əldə olunan gəlirlərin bəyan edilməməsi bir çox ölkələrdə aktual problemdir. Dividend gəlirlərinə tətbiq olunan aşağı vergi dərəcəsi qeyri-rəsmi gəlirlərin leqallaşdırılmasına şərait yarada bilər. Bu baxımdan, vergi dərəcəsinin üç dəfəyədək azaldılması fiskal nəzarətdən daha çox stimullaşdırma mexanizmi kimi çıxış edir. Nəticədə dövlət qısa müddətdə müəyyən vergi daxilolmalarından imtina etsə belə, orta və uzun müddətdə vergi bazasının genişlənməsi hesabına itkilər kompensasiya oluna bilər”. 

Xaricdən dividend gəliri əldə edən fiziki şəxslər yüksək vergi yükü ilə üzləşməyəcəklər

İqtisadçı ekspert Xalid Kərimlinin fikrincə, yeni vergi yanaşması Azərbaycan vətəndaşlarının xarici maliyyə bazarlarında aktivliyini artırmaqla yanaşı, əldə edilən gəlirlərin ölkəyə qaytarılmasını da təşviq edə bilər. Bu isə daxili maliyyə bazarında likvidliyin artmasına, bank sektorunun və kapital bazarlarının inkişafına müsbət təsir göstərə bilər. Xaricdən dividend gəliri əldə edən fiziki şəxslər indiyədək nisbətən yüksək vergi yükü ilə üzləşirdilər. Vergi dərəcəsinin kəskin şəkildə aşağı salınması bu kateqoriyaya aid şəxslərin maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır. Onların ölkəyə pulu daha rahat şəkildə daxil etməsini asanlaşdıracaq. Beləliklə də, sahibkarlar xaricdən əldə etdikləri gəliri ölkədə əmlaka və ya biznes yatırımına yönəldə biləcəklər.  

Xatırladaq ki, sahibkar xaricdən əldə olunan dividend gəlirlərini ölkədə bəyan etmək üçün mütləq şəkildə uçota durmalıdır. Fiziki şəxs əvvəlcədən vergi uçotuna durmalı, növbəti ilin martın 31-dək gəlir vergisi bəyannaməsini təqdim etməli və xaricdə tutulmuş verginin təsdiqedici sənədini əlavə etməlidir. Bu halda vergi hesablanarkən həmin məbləğ nəzərə alınır. Qanunvericiliyə əsasən, gəlirləri bəyan etməməklə vergi ödəməkdən yayınan şəxslər üçün isə məsuliyyət tədbirləri mövcuddur. 

Sevinc QARAYEVA 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Yanvar 2026 23:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri