Icma.az
close
up
RU
Xaricdən idarə olunan dövlət çevrilişinə cəhd

Xaricdən idarə olunan dövlət çevrilişinə cəhd

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Gürcüstanda nə baş verir?

Qonşu və dost Gürcüstandan gələn həyəcanlı xəbərlər səngimir. Oktyabrın 26-da baş tutan on birinci çağırış Gürcüstan parlamentinə seçkilərin nəticələri artıq Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib,  yeni tərkibdə parlamentin bir neçə iclası baş tutub. Eyni zamanda, qalib “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi İrakli Kobaxidzenin rəhbərliyi ilə yeni hökumət formalaşdırılıb. Bununla belə, ölkədə seçki ajiotajı səngimək bilmir. Xüsusilə də Baş nazir İ.Kobaxidze bir neçə gün bundan əvvəl “Gürcüstan Avropa İttifaqının üzvlüyünə namizədliklə bağlı danışıqları 2028-ci ilədək dayandırır” məzmunlu bəyanat verdikdən sonra birləşmiş müxalifət və Qərbə sıx maliyyə bağlılığı olan qeyri-hökumət qurumlarının çoxsaylı üzvləri Tbilisi küçələrinə çıxaraq permanent etirazlara başlayıblar.

Etirazlar nədən qaynaqlanır?

Bəs Gürcüstanda müşahidə edilən etirazların kökünü harada axtarmaq lazımdır? Məsələnin mahiyyəti ondan ibarətdir ki, Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə və öz mövcudluğyunu təmin etməyə çalışan Qərb Gürcüstanın Aİ-yə üzvlüyünü rəsmi Tbilisiyə qarşı bir şantaj vasitəsinə çevirib. Ayrılan qrantların, genişhəcmli maliyyə dəstəyinin, Avropaya vizasız gediş-gəlişin müqabilində Gürcüstandan milli iradədən imtina etmək tələb olunur. Rəsmi Tbilisi siyasətini suverenlik prinsipi əsasında deyil, Brüsseldən gələn tezislər əsasında qurmalıdır. Açıq etiraf edək ki, Aİ Gürcüstanda indiyədək yol verilən diqqətsizlikdən, boşluqlardan istifadə etməklə öz məqsədlərinə doğru müəyyən qədər irəliləməyə nail olub. Belə ki, hazırda cəmiyyətin böyük bir kəsiminin alınan qrantlara görə Qərbin alətinə çevrildiyi Gürcüstanın çox kədərli reallıqlarından biridir. Son günlərdə meydanlarda aktivlik göstərən müxalifət də həmin kəsimin sırasında yer alır. Küçələrə çıxanların böyük əksəriyyəti Qərbin maliyyə kisəsinə bu və ya digər dərəcədə bağlıdır.

Burada idiyədək Gürcüstan hakimiyyətinin yol verdiyi müəyyən ləngiməni də qeyd etmək yerinə düşər. Hakimiyyət cəmiyyətin Qərbin maliyyə asılılığına düşməsinin qarşısını vaxtında almalı idi. Burada Azərbaycanın təcrübəsi müsbət nümunə kimi diqqət çəkir. Respublikamızda vətəndaş cəmiyyəti təsisatlarının çoxsaylı layihələri məhz dövlətin ayırdığı maliyyə ilə reallaşdırlır. Beəliklə də, respublikamızda xarici təsirlərdən asılı olan qeyri-hökumət təşkilatlarının fəaliyyəti bloklanıb. İndi Gürcüstan hakimiyyəti də bu təcrübədən istifadə etməyi hədəfləyir. Ancaq itirlmiş zamanı müəyyən itkilərlə qarşılamaq lazım gəlir.

Aksiyalarda saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır

Beləliklə, bu gün Gürcüstanda müşahidə edilənlər yalnız bir seçki məsələsi deyil.  Tbilisidə və bəzi regionlarda baş verənləri xaricdən idarə olunan dövlət çevrilişinə cəhd kimi səciyyələndirmək daha doğru olardı. Bunu təsdiqləyən faktlar da var. “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə məlumat verib ki, Tbilisidə etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır. Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var.

“Gürcüstan Hökumətinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlanmasını 2028-ci ilə qədər dayandırmaq qərarı ilə razılaşmayanların etiraz dalğası əslində casusların təşkil etdiyi dövlət çevrilişinə cəhddir”. Belə bir bəyanatla isə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının deputatı İrakli Kirtsxaliya çıxış edib. Onun sözlərinə görə, Baş nazir İrakli Kobaxidze bu qərarın ölkənin Aİ-yə inteqrasiyasının dayandırılması demək olmadığını izah etsə də, prezident Salome Zurabişvili və müxalifət düşünülmüş şəkildə dezinformasiyalar yayaraq insanları mitinqlərə dəvət edir, iğtişaşlar yaratmağa çalışırlar.

Agentura şəbəkəsinin başında kim dayanır?

“Xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır. Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar”. Bu fikri isə “Vahid neytral Gürcüstan” ictimai hərəkatının nümayəndəsi Vato Şakarişvili ifadə edib.

Gürcüstan daxilində xarici agentlərə dəstək verən qüvvələrdən danışan politoloq deyib: “Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir”.

O cümlədən Gürcüstan patriarxlığı prezident Salome Zurabişvilini və digər şəxsləri ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə dedikləri hər sözə görə daha çox məsuliyyət daşımağa çağırıb. Bu barədə Gürcüstan patriarxlığı bəyanat yayıb. “Gürcüstan prezidentinin “X” sosial şəbəkəsində “kədərli və həyəcanlı” bəyanatı yayılıb. Prezidentin bəyanatında deyilir ki, “universitetlərdən sonra aksiyalara həmrəylik bildirmək növbəsi məktəblərə çatır”. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanatlar verilməməli, xüsusən də bir ölkə prezidenti tərəfindən nəzəri olaraq cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalıdır”, - deyə açıqlamada qeyd edilib.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:332
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Dekabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri